Friday 26th April 2024,

2016

Ξ Leave a comment

Baş Prokurorluğunun www.genprosecutor.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Baş Prokurorluğunun www.genprosecutor.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun www.genprosecutor.gov.az  rəsmi saytında aparılan monitorinqin nəticəsi olaraq qeyd etməliyik ki, Prokurorluğun rəsmi internet saytının monitorinqi 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə onlayn şəffaflıq vəziyyəti analiz edilərək aparılmışdır. Metodikada dövlət  qurumlarının rəsmi İnternet  resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin  kəmiyyət  və keyfiyyət  cəhətdən  analiz  edilməsi və qiymətləndirilməsi ilə tanış ola bilərsiniz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun www.genprosecutor.gov.az  internet resursu yaxşı qiymətləndirilir və istifadəçi üçün əsasən çatımlıdır. Saytın istifadəsi rahatdır, bəzi parametrlər üzrə məlumatlar olmasa da, əsasən lazımi bilgi təqdim edilir. Saytda təqdim olunan Azərbaycan Respublikası haqqında, tarixi, ərazisi, əhalisi, siyasi sistemi, dövlət rəmzləri barədə ətraflı bilgilər təqdim edilir. Virtual Qarabağ, Qan yaddaşı və Sumqayıt hadisələri -1988  bölmələri xüsusi əhəmiyyət kəsb edir. Saytda bu sahəyə aid xidmət haqqında çox geniş bilgilər yer alıb. Burada sahə ilə bağlı bir sıra məlumatlara rast gəlmək mümkündür. Prokurorluğun tarix muzeyi haqda məlumatlar ayrıca bölmədə təqdim olunur. Həmçinin, qurumun saytında xidmət zamanı şəhid olan 7 nəfər prokurorluq işçiləri haqda məlumatların göstərilməsi  də müsbət nümunədir.

Baş prokurorluğa tabe olan qurumlardan Hərbi Prokurorluğun, Naxçıvan MR Prokurorluğunun, Naxçıvan MR Hərbi Prokurorluğunun, Bakı şəhər prokurorluğunun, Elm-Tədris Mərkəzinin, şəhər və rayon prokurorluqlarının ünvanları, rəhbərləri, onların köməkçilərinin əlaqə vasitələri və onlayn e-poçtları təqdim edilir ki, bu da çox təqdirəlayiq haldır. Digər qurumlardan fəqrli olaraq, Baş Prokurorluğun və tabe qurumlarının şəhər telefonları ilə bərabər prokuror köməkçilərinin mobil telefonlarının da təqdim edilməsini nümunə olaraq göstərmək olar. Qurumun bir neçə Qaynar Xətt nömrəsi mövcuddur. Hətta, Qaynar Xəttin altında onlayn müraciət üçün e-poçt da təqdim olunur. Saytda Korrupsiya və rüşvətxorluqla rastlaşan vətəndaşlar üçün ayrıca Qaynar Xətt fəaliyyət göstərir ki, vətəndaşlar bu nömrəyə istənilən zaman telefon açıb məlumat verə bilərlər. Qurumun saytında Azərbaycanın ilk prokurorları haqda da məlumatlar yerləşdirilmişdir. Sosial şəbəkələrdə (www.twitter.com , www.facebook.com , www.youtube.com ) səhifələrinin mövcudluğu baxımından qurumun internet resursunu yüksək qiymətləndiririk.

Qurum haqqında Dövlət Xidmətləri Portalında www.dxr.az  məlumat bazası mövcud deyil.

                                    Beləliklə parametrlər üzrə saytın ümumi mənzərəsi belədir:

1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar  qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi verilir. Lakin, dövlət qurumunun ünvanının marşrut və sxemi, o cümlədən dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur.

3. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, hətta qurumun digər şöbə işçilərinin də telefon nömrələri göstərilib. Struktur bölmələrinin dəqiq (tam) ünvanları, qurumun tabeliyindəki informasiya sistemləri barədə yetərli bilgi təqdim edilsə də struktur bölmələrinin səlahiyyət çərçivələri yoxdur.

4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, bəzi struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb.

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib. Xəbərlərin paylaşılmasında aktuallıq aşağıdır və saytın xəbərlərinin yenilənməsi gec baş verir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya öz əksini tapmayıb.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlərin bir qismi, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin statistikası, onlayn müraciət imkanı, Qaynar Xətt (161), xidmətlərdən istifadə qaydaları və bir neçə qaynar xətt telefon nömrələri mövcuddur.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları tam əks edilsə də, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar əhatəli və aydın qeyd edilməmişdir. Boş iş yerləri haqqında elanların arxivi yoxdur.

9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) bölümündə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi var. Dövlət qurumunda vətəndaşların qəbul qaydaları, etika qaydaları istisna olmaqla, dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s), həmçinin dövlət qulluqçusunun haqqında bilgi də mövcuddur.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri səthi olsa da var. Lakin, bu bilgilər aktual deyil və çatmaq üçün yalnız axtarış sistemindən istifadə etmək lazımdır. Həmçinin, tender və yarışmaların nəticələri, mübahisələrin həlli qaydaları və elanların arxivi qeyd edilməmişdir.

12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Lakin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri və arxivi göstərilmir.

13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış öz əksini tapıb. Sosial şəbəkələrdən www.twitter.com , www.facebook.com , www.youtube.com  –da səhifələri mövcuddur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV