Saturday 27th April 2024,

2016

Ξ Leave a comment

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin www.mincom.gov.az domen adlı internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin www.mincom.gov.az   domen adlı internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin www.mincom.gov.az    domen adlı İnternet saytının monitorinqində də qeyd etdiyimiz kimi, çox geniş və mükəmməl bilgilər yer alıb. Saytın texniki imkanları və funksionallığı da yüksək səviyyədədir. Bütün bölmələr üzrə dolğunluğu ilə fərqlənir. Burada diqqət çəkən məqamlardan biri də e-xidmətlərin olmasıdır. Lakin, saytda müəyyən qədər çatışmayan bilgilər də mövcuddur.  Bu çatışmazlıqları aradan qaldırmaq istiqamətdə tövsiyələr təqdim etməyə zərurət var. Beləliklə, çatşmayan məqamlara birlikdə nəzər salaq.

Ziyarətçilərin dövlət qurumuna getməsi üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında tam olmayan bioqrafik bilgilər saytda öz əksini tapıb. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya öz əksini tapmayıb. Habelə, xidmətlərdən istifadə qaydaları və Çağrı Mərkəzinə rast gəlinmir. İşə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi əhatəli və aydın qeyd edilsə də bu bilgilərə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın saytından daxil olmaqla çatmaq olur.

Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə də məlumat təqdim edilməmişdir. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları öz əksini tapmayıb. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı müzakirələrdə vətəndaşların iştirak şərtləri göstərilmir. Müasir İKT-nin ən üstün cəhətlərindən biri saytların mükəmməl axtarış sisteminə malik olmasıdır. Təəssüf ki, qurumun saytında axtarış sistemi işlək olsa da axtardığın məlumatlara çatmaq mümkün deyil. Axtardığın bir söz üçün  200-dən çox nəticə təqdim edilir və bunların heç biri axtardığın bilgiyə aid deyil. Bu çatışmazlıqları aradan qaldırmaq istiqamətdə tövsiyələr təqdim etməyə zərurət var.

Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1.Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcud olduğuna görə əlavə tövsiyə verilmir.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar     qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi verilir. Dövlət qurumunun ünvanının marşrut və sxemi qeyd edilsə də dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur. Bunun nəzərə alınması tövsiyə edilir.

3. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə yetərli bilgi təqdim edildiyindən əlavə tövsiyə verilmir.

4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında tam olmayan bioqrafik bilgilər, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb. Hər hansı tövsiyəyə zırurət görmürük.

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərildiyi üçün tövsiyəyə gərək yoxdur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya öz əksini tapmayıb. Bu bilgilərin ifadə edilməsini tövsiyə edərdik.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin statistikası, onlayn müraciət imkanı və Qaynar Xətt (1655) mövcuddur. Lakin, xidmətlərdən istifadə qaydaları və Çağrı Mərkəzinə rast gəlinmədiyi üçün bunun nəzərə alınması tövsiyə edilə bilər.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi əhatəli və aydın qeyd edilsə də bu bilgilərə birbaşa daxil olmaq olmur. Bu halın ortadan qaldırılmasını tövsiyə edərdik.

9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir. Bu bilgilərin qeyd olunması tövsiyə edilir.

10. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s), həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər mövcud olsa da vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları öz əksini tapmayıb. Bu tövsiyənin nəzərə alınması yaxşı olardı.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri, mübahisələrin həlli qaydaları və elanların arxivi qeyd edilmişdir. Əlavə tövsiyəyə ehtiyac görmürük.

12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Lakin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmir. Bu halın nəzərə alınmasını tövsiyə edirik.

13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı öz əksini tapıb. Sosial şəbəkələrdə www.facebook.com , www.twitter.com səhifəsi aktivdir. Sayt daxilində axtarış sistemi işlək olsa da axtardığın məlumatlara çatmaq mümkün deyil. Axtardığın bir söz üçün  200-dən çox nəticə təqdim edir və bunların heç biri axtardığın bilgi deyil. Bu istiqamətdə təkmilləşdirmə üçün tövsiyə verməyə zərurət görürük.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV