Saturday 27th April 2024,

2016

Ξ Leave a comment

Dövlət Mülki Aviasiya Administrasiyasının www.caa.gov.az domen adlı internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Dövlət Mülki Aviasiya Administrasiyasının www.caa.gov.az domen adlı internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Dövlət Mülki Aviasiya Administrasiyasının www.caa.gov.az   ünvanlı İnternet saytı, monitorinqdə də qeyd etdiyimiz kimi, saytın texniki imkanları və funksionallığı qaydasındadır. Burada diqqət çəkən məqamlardan biri də e-xidmətlərin olmasıdır. Lakin, saytda çatışmayan bilgilər də mövcuddur.  Bu çatışmazlıqları aradan qaldırmaq istiqamətdə tövsiyələr təqdim etməyə zərurət var.

Rəhbərlərin və kollegiyanın haqqında məlumatlara rast gəlinmir. Dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur. Qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri barədə yetərli bilgi təqdim edilməmişdir. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları yoxdur. Qaynar Xətt, Çağrı Mərkəzi və xidmətlərin statistikasına da rast gəlinmir. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları tam əks edilsə də, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilməmişdir. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir. Ayrı-ayrı vəzifəli şəxslər tərəfindən dövlət qurumunda vətəndaşların qəbul norma və qaydaları və qəbul qaydaları barədə ümumi bilgi yoxdur. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri, mübahisələrin həlli qaydaları və elanların arxivi qeyd edilməmişdir. Dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmir. Sosial şəbəkələrdə də səhifəsi aktiv deyil.

Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə bilgilər mövcuddur. Lakin, rəhbərlərin və kollegiyanın haqqında məlumatlara rast gəlinmir. Bunu nəzərə almağı tövsiyə edərdik.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar     qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, dövlət qurumunun ünvanının marşrut və sxemi, telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi verilir. Lakin, dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur. Bu bilgilərin təqdim edilməsi tövsiyə olunur.

3. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat və qurumun tabeliyindəki informasiya sistemləri barədə çox səthi bilgilər var. Lakin, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri barədə yetərli bilgi təqdim edilməmişdir. Bu məlumatlar öz əksini tapmadığı üçün onun nəzərə alınmasını tövsiyyə edərdik.

4. Dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapsa da rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları yoxdur. Bu halların aradan qaldırılması tövsiyyə edilir.

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib. Bu sahədə heç bir tövsiyəyə gərək duyulmur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya çox səthi şəkildə öz əksini tapıb. Bu istiqamətdə hər hansı əlavə tövsiyəyə ehtiyac duyulmur.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərdən istifadə qaydaları, onlayn müraciət imkanı mövcuddur. Lakin, Qaynar Xətt, Çağrı Mərkəzi və xidmətlərin statistikasına rast gəlinmir. Bu barədə bilgilərin olması tövsiyə edilə bilər.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları tam əks edilsə də, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilməmişdir. Bu halların aradan qaldırılması tövsiyyə edilir.

9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir. Bu məlumatları olmasını tövsiyə edə bilərik.

10. Dövlət qulluqçusunun etika qaydaları olsa da digər bilgilər yetərsizdir. Ayrı-ayrı vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul günləri və saatları bölümündə yalnız direktorun müavini Hacıağa Əliyevin çərşənbə günü, saat 16:00-dan 18:00-dək qəbul keçirdiyi qeyd edilib. Digər qəbul formaları (video qəbul və s), vəzifəli şəxslər tərəfindən dövlət qurumunda vətəndaşların qəbul norma və qaydaları və qəbul qaydaları barədə ümumi bilgilər olmadığı üçün bunun nəzərə alınmasını tövsiyyə edərdik.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri , mübahisələrin həlli qaydaları və elanların arxivi qeyd edilməmişdir. Bunu nəzərə almağı tövsiyə edərdik.

12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Lakin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtlərinin göstərilmədiyini nəzərə almağı tövsiyə edərdik.

13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar mükəmməl olmasa da öz əksini tapıb. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış sistemi qənaətbəxşdir. Lakin, sosial şəbəkələrdə səhifəsi aktiv sayılmadığı üçün onun yer alması tövsiyyə edilir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV