BMT İnkişaf Proqramının dəstəyi ilə hazırlanan Nazirlər Kabinetinin İnternet saytı nəinki standartlara cavab vermir, demək olar ki, hansısa həvəskar məktəblinin hazırladığı sayta bənzəyir. Burada müasir İKT-nin imkanlarından əsər-əlamət belə yoxdur. Yəqin ki, NK-nın məsul şəxsləri bu saytı NK-nın adına yaraşan vəziyyətə gətirəcəklər.
Saytda ancaq aşağıda göstərilən bölmələr və onların tərkibi yer alıb:
• Baş səhifə: son xəbərlər və qərarlar
• Strukrur: burada bir çoxunun İnternet ünvanları göstərilməklə sadəcə nazirliklərin və dövlət komitələrinin siyahısı verilib
• Tərkib: baş nazir də daxil olmaqla nazirlərin və komitə rəhbərlərinin adları. Heç bir biografik bilgi və əlaqə vasitələri göstərilməyib
• Sənədlər: bu bölmədə NK-ya dəxli olan sənədlər yer alıb. Yalnız burada axtarış qutusu var
• Rəsmi məlumatlar: burada NK-nın rəsmi məlumatları yer alıb.
• Əlaqə vasitələri: yalnız NK-nın şəhər və elektron ünvanı göstərilib. Telefon və faks nömrələri yoxdur.
Göründüyü kimi NK-nın İnternet resursu çox kasıb olmaqla ən aşağı tələbatlara belə cavab vermir.