Tuesday 19th March 2024,

2016

Ξ Leave a comment

“Azərişıq” ASC -nin www.azerishiq.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
“Azərişıq” ASC -nin www.azerishiq.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq “Azərişıq” ASC -nin www.azerishiq.az  rəsmi saytında aparılan monitorinqin nəticəsi olaraq öncə qeyd etməliyik ki, ASC-nin rəsmi internet saytının monitorinqi 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə onlayn şəffaflıq vəziyyəti analiz edilərək aparılmışdır. Metodikada dövlət  qurumlarının rəsmi İnternet  resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi ilə tanış ola bilərsiniz.

Azərenerji ASC-nin internet resursu yaxşı qiymətləndirilir. Saytın istifadəsi rahatdır və sahə ilə bağlı kifayət qədər ətraflı bilgilər var. Sayt dolğundur və bir çox parametrlər üzrə bilgi təqdim edilir. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə bilgilər mövcuddur. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, dövlət qurumunun ünvanının marşrut və sxemi, telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi verilir. Hətta Bakı şəhəri üzrə bütün Rayon Enerji Təchizatı və Satışı İdarələrinin də tam ünvanları qeyd olunub. Dövlət qurumunun tabeliyindəki informasiya sistemləri barədə bilgi təqdim edilmişdir. Qurumun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri qeyd olunub. Dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi (hətta qəzetlər, agentliklər, televiziya, fotoqalereya, bülleten və xəbərlər ayrıca bölüm kimi təqdim edilir), dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərdən istifadə qaydaları, xidmətlərin statistikası, onlayn müraciət imkanı mövcuddur.  Saytda iki Qaynar Xətt fəaliyyət göstərir. Enerji Satışı üzrə qaynar xətt: (012) 440 44 04 və Texniki Sahə üzrə qaynar xətt: (012) 440 29 21, hətta “199 Qəza Xidməti”nin də olması diqqət çəkir. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri, habelə elanların arxivi qeyd edilmişdir. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanları qənaətbəxş saymaq olar. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və istifadə rahatlığı, domen rahatlığı mövcud olsa da, əks əlaqə üçün onlayn formaların mövcudluğu çox aşağıdır. Qurum haqqında Dövlət Xidmətləri Portalında www.dxr.az məlumat bazası mövcud deyil.

Parametrlər üzrə saytın ümumi mənzərəsi:

1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə bilgilər mövcuddur. Lakin rəhbərləri və kollegiya haqqında məlumatlara rast gəlinmir.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar     qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, dövlət qurumunun ünvanının marşrut və sxemi, telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi verilir. Hətta Bakı şəhəri üzrə bütün Rayon Enerji Təchizatı və Satışı İdarələrinin də tam ünvanları qeyd olunub. Lakin dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur.

3. Dövlət qurumunun tabeliyindəki informasiya sistemləri barədə bilgi təqdim edilmişdir.Qurumun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri qeyd olunub.

4. Dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb. Lakin əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərə rast gəlinmir.

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi (hətta qəzetlər, agentliklər, televiziya, fotoqalereya, bülleten və xəbərlər ayrıca bölüm kimi təqdim edilir), dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya saytda öz əksini tapmayıb.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərdən istifadə qaydaları, xidmətlərin statistikası, onlayn müraciət imkanı mövcuddur.  Saytda iki Qaynar Xətt fəaliyyət göstərir. Enerji Satışı üzrə qaynar xətt: (012) 440 44 04 və Texniki Sahə üzrə qaynar xətt: (012) 440 29 21, hətta “199 Qəza Xidməti”nin də olması diqqət çəkir.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilməmişdir.

9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir.

10. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s) haqqında bilgi, vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, həmçinin dövlət qulluqçusunun etika qaydalarına rast gəlmədik.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri, habelə elanların arxivi qeyd edilmişdir. Lakin dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, mübahisələrin həlli qaydaları yoxdur.

12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Lakin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmir.

13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanları qismən qənaətbəxş saymaq olar. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və istifadə rahatlığı, domen rahatlığı mövcud olsa da, əks əlaqə üçün onlayn formaların mövcudluğu çox aşağıdır. Sayt daxilində axtarış sistemi işlək deyil və sosial şəbəkələrdə də səhifəsi aktiv sayılmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV