Thursday 21st November 2024,

Azərbaycan qanunvericiliyi

Ξ Leave a comment

Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə

posted by

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 17 may tarixli 89 nömrəli qərarı ilə
təsdiq edilmişdir
 
 
I. Ümumi müddəalar
 
1. Bu Əsasnamə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin birinci abzasına müvafiq olaraq hazırlanmışdır və dövlət informasiya ehtiyatları reyestrinin formalaşdırılması, aparılması, istifadəsi və mühafizəsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
2. Bu Əsasnamədə informasiya, informasiya ehtiyatları, informasiya sistemləri, informasiyanın istifadəçisi və digər anlayışlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş mənalarda istifadə olunur.
3. Dövlət informasiya ehtiyatlarının reyestri (bundan sonra – Reyestr) dövlət informasiya ehtiyatıdır.
 
II. Reyestrin formalaşdırılmasının məqsədi
 
4. Reyestrin formalaşdırılmasının əsas məqsədləri aşağıdakılardır:
4.1. dövlət informasiya ehtiyatlarının uçotunun və monitorinqinin aparılması;
4.2. dövlət informasiya ehtiyatlarının, onların təminat və mühafizə vasitələri ilə birlikdə informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və istifadəsinin əlaqələndirilməsi;
4.3. milli informasiya fəzasının formalaşdırılması işlərinin, o cümlədən mövcud və yeni yaradılan informasiya ehtiyatları arasında mübadilə və uzlaşdırma mexanizmlərinin tam, aktual və dəqiq məlumatlarla operativ təmin olunması;
4.4. Reyestrlə informasiya ehtiyatlarının lokal reyestrləri arasında informasiya mübadiləsi, sorğu-arayışların marşrutlandırılması işlərinin təşkilinə dəstək verilməsi;
4.5. informasiyalaşdırma sahəsində təsnifatların və proqram-texniki həllərin unifikasiya edilməsi;
4.6. informasiya ehtiyatlarının yaradılmasında pərakəndəlik və təkrarlanmanın qarşısının alınması məqsədi ilə şəffaflığın təmin olunması;
4.7. dövlət informasiya ehtiyatlarının yaradılmasının və istifadəsinin səmərəliliyinin qiymətləndirilməsi;
4.8. informasiya cəmiyyətinə keçid üzrə dövlət proqramlarının və elektron xidmətlərin göstərilməsi üzrə layihələrin həyata keçirilməsinə dəstək verilməsi;
4.9. fiziki və hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş əqli mülkiyyət hüquqlarının qorunmasına yardım edilməsi;
4.10. informasiya ehtiyatlarını yaradan və ondan istifadə edən subyektlər arasında təcrübə mübadiləsi üçün şəraitin yaradılması, qabaqcıl texnologiyaların tətbiqinin stimullaşdırılması;
4.11. dövlət orqanlarının, həmçinin qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərin informasiya ehtiyatları haqqında məlumatlarla təmin olunması, statistik indikatorların müəyyən edilməsi və müvafiq hesabat işlərinin təşkili;
4.12. vətəndaşların informasiya əldə edilməsi və fərdi məlumatların mühafizəsi sahəsində hüquqlarının təmin olunması.
 
III. Reyestrin tərkibi
 
5. Reyestrin tərkibi aşağıdakılardan ibarətdir:
5.1. dövlət informasiya ehtiyatları haqqında elektron və kağız daşıyıcılarda olan məlumatlar;
5.2. milli informasiya ehtiyatı hesab olunan informasiya ehtiyatları haqqında elektron və kağız daşıyıcılarda olan məlumatlar;
5.3. mülkiyyətçilərinin (sahiblərinin) təşəbbüsü və ya razılığına əsasən dövlət informasiya ehtiyatları ilə məlumat mübadiləsində iştirak edən digər informasiya ehtiyatları haqqında elektron və kağız daşıyıcılarda olan məlumatlar.
6. Reyestrdə toplanılan məlumatların siyahısı bu Əsasnamənin 1 nömrəli əlavəsində əks olunmuş müraciət ərizəsində (bundan sonra – müraciət ərizəsi) və 2 nömrəli əlavəsində əks olunmuş uçot kartında (bundan sonra – uçot kartı) göstərilir.
 
IV. Reyestrin formalaşdırılmasının əsas prinsipləri
 
7. Reyestrin formalaşdırılması və fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:
7.1. mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;
7.2. informasiyalaşdırma sahəsində milli maraqların və dövlət siyasətinin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsində iştirak edilməsi;
7.3. informasiyanın aktuallığının və təhlükəsizliyinin (mühafizəsi, tamlığı, həqiqiliyi və müraciət imkanı) təmin olunması;
7.4. səlahiyyət və məsuliyyət bölgüsünün müəyyənləşdirilməsi və icrasının təmin edilməsi;
7.5. Reyestrin proqram-texniki komponentlərinin modulluq və miqyaslılıq (inkişaf etdirilmək) imkanlarının təmin olunması.
 
V. Reyestrin operatoru
 
8. Reyestr Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (bundan sonra – Reyestrin operatoru) tərəfindən aparılır.
9. Reyestrin operatoru aşağıdakı funksiyaları həyata keçirir:
9.1. Reyestrin fəaliyyətinin təşkili;
9.2. Reyestrə metodik, informasiya-linqvistik, proqram-texniki dəstəyin təmin olunması;
9.3. informasiya ehtiyatları barədə və digər xidməti məlumatların Reyestrə daxil edilməsi və təzələnməsi;
9.4. Reyestrdən çıxarışların verilməsi;
9.5. Reyestrə daxil edilmiş informasiya ehtiyatları barədə sənədli arxivin aparılması və saxlanılması;
9.6. Reyestrə barəsində məlumat daxil edilmiş informasiya ehtiyatları haqqında statistik məlumatların və analitik hesabatların hazırlanması;
9.7. Reyestrin internet portalının yaradılması və aktuallaşdırılması;
9.8. Reyestrin dayanıqlı işləməsinin və informasiya təhlükəsizliyinin təmin edilməsi.
10.  İnformasiya ehtiyatları haqqında məlumatların Reyestrə daxil edilməsi üçün müraciət edən hüquqi və ya fiziki şəxslər (bundan sonra – müraciət edən) bununla əlaqədar təqdim etdikləri məlumatların məzmununa görə məsuliyyət daşıyırlar.
11.  Reyestrin operatoru informasiya ehtiyatları haqqında müraciət edən tərəfindən təqdim olunmuş məlumatları dəqiqləşdirmək məqsədi ilə əlavə sənədlərə müraciət edə bilər.
 
VI. Reyestrin formalaşdırılması və aparılması
 
12.  Reyestrə qanunvericiliklə müəyyən olunmuş qaydada yaradılmış və istismara verilmiş informasiya ehtiyatları haqqında məlumatlar daxil edilir.
13. Yeni yaradılan, quruluşunda dəyişikliklər aparılan, fəaliyyəti dayandırılan informasiya ehtiyatları haqqında məlumatların Reyestrə daxil (düzəliş, ləğv) edilməsi üçün lazımi sənədlər müraciət edən tərəfindən 20 gündən gec olmayaraq Reyestrin operatoruna təqdim edilir.
14. Reyestrin operatoru müraciət edən tərəfindən informasiya ehtiyatı haqqında uçot kartında təqdim edilmiş məlumatı 10 gündən gec olmayaraq aktuallaşdırır.
15. İnformasiya ehtiyatı dəyişdirildikdə, müraciət edən Reyestrdə müvafiq düzəlişlər edilməsi və Reyestrdən çıxarışın dəyişdirilməsi üçün 10 gün müddətində yeni müraciət ərizəsi təqdim edir.
16. Ləğv olunmuş informasiya ehtiyatları haqqında məlumatlar Reyestrin arxivində ən azı 5 il saxlanılır.
 
VII. Maliyyə mənbələri
 
17. Dövlət hakimiyyət orqanları və təşkilatlarının dövlət informasiya ehtiyatlarının formalaşdırılması sahəsindəki fəaliyyətinin maliyyə təminatı aşağıdakı mənbələrdən formalaşır:
– dövlət büdcəsində aidiyyəti dövlət qurumları üçün dövlət informasiya ehtiyatlarının formalaşdırılması sahəsindəki fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş vəsaitlər;
– xüsusi vəsaitlər;
– digər fondlar.
 
VIII. Reyestrə məlumatların daxil edilməsi qaydaları
 
18. İnformasiya ehtiyatları haqqında məlumatların Reyestrə daxil edilməsi bu Əsasnamə ilə müəyyən olunmuş qaydalara əsasən aparılır.
19. Uçot kartında informasiya ehtiyatları haqqında məlumatlarla birlikdə onların təminat və mühafizə vasitələrinin daxil olduğu informasiya sistemləri barədə məlumatlar da əks olunur.
20. Reyestrə informasiya ehtiyatları haqqında məlumatların daxil edilməsi üçün təqdim olunan müraciət ərizəsi, uçot kartı və digər əlavə sənədlər müraciət edən tərəfindən müəyyən edilmiş qaydada imza ilə təsdiq edilir.
21. Reyestrin məhdudlaşdırılmış daxilolma növlü informasiya ehtiyatına aid hissəsinin aparılması "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına əsasən tənzimlənir.
22. Uçota alınmaq üçün sənədlərin təqdim olunma vaxtı onların Reyestrin operatoruna daxil olduğu gündən hesablanır.
23. Müraciət edən tərəfindən təqdim olunmuş sənədlərə ən geci 15 gün müddətində baxılır və nəticə haqqında müraciət edənə məlumat verilir.
24. İnformasiya ehtiyatı haqqında məlumatlar Reyestrə daxil edildikdə, müraciət edənə bu Əsasnamənin 3 nömrəli əlavəsinə uyğun formada Reyestrdən çıxarış verilir.
25. Təqdim olunan sənədlər bu Əsasnamənin və müvafiq qanunvericiliyin tələblərinə cavab vermədikdə, həmçinin bu məlumatlar tam və ya həqiqi olmadığı təqdirdə, məlumatlar Reyestrə daxil edilmir və bu barədə müraciət edənə məlumat verilir.
26. Müraciət edən tələb olunan dəyişiklikləri və əlavələri etməklə, informasiya ehtiyatı haqqında məlumatların Reyestrə daxil edilməsi üçün təkrarən sənədləri göndərmək hüququna malikdir.
27. Müraciət edən Reyestrə daxil edilmək üçün təqdim etdikləri məlumatların aktual, tam və həqiqi olmasını təmin etməlidir.
28. İnformasiya ehtiyatları haqqında aşağıdakı məlumatlar icbari qaydada Reyestrə daxil edilir:
28.1. dövlət orqanlarının informasiya ehtiyatları;
28.2. dövlət vəsaiti hesabına yaradılmayan, lakin dövlət əhəmiyyəti daşıyan informasiya ehtiyatları;
28.3. milli informasiya ehtiyatı elan olunmuş informasiya ehtiyatları;
28.4. mülkiyyətçilərinin (sahiblərinin) təşəbbüsü və ya razılığına əsasən dövlət informasiya ehtiyatları ilə məlumat mübadiləsində iştirak edən informasiya ehtiyatları.
29. Digər informasiya ehtiyatları haqqında məlumatların Reyestrə daxil edilməsi, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, bu Əsasnaməyə uyğun olaraq həmin informasiya ehtiyatlarının mülkiyyətçilərinin (sahiblərinin) təşəbbüsünə və ya razılığına əsasən həyata keçirilir.
 
IX. Reyestrdə informasiyanın arxivləşdirilməsi qaydaları
 
30. Müraciət edənin təşəbbüsü ilə Reyestrdə informasiya ehtiyatı barədə məlumatın arxivləşdirilməsi aşağıdakı hallarda həyata keçirilir:
30.1. yeni informasiya ehtiyatının yaradılmasına səbəb olan əhəmiyyətli dəyişikliklər və ya əlavələr olduqda;
30.2. müstəqil informasiya ehtiyatı kimi fəaliyyəti dayandırıldıqda.
31. Reyestrdə informasiya ehtiyatı barədə məlumatın arxivləş-dirilməsi üçün müraciət edən informasiya ehtiyatının fəaliyyətinin dayandırıldığı, əhəmiyyətli dəyişikliklər və ya əlavələr olunduğu gündən sonra ən geci 10 gün müddətində Reyestrin operatoruna ərizə ilə müraciət edir. Müraciət ərizəsinə informasiya ehtiyatının Reyestrdən çıxarışı və arxivləşdirmənin səbəblərini əsaslandıran digər lazımi sənədlər əlavə edir.
32. Reyestrin bir operatoru müraciət ərizəsini qəbul etdikdən sonra 10 gün müddətində informasiya ehtiyatının Reyestrdən çıxarışının hüquqi statusunu dəyişir və bu barədə müraciət edənə məlumat verir.
33. Reyestrin operatoru qüvvədən düşmüş informasiya ehtiyatı haqqında məlumatları və həmin informasiya ehtiyatının Reyestrdən çıxarışını arxivləşdirir.
 
X. Reyestr vasitəsilə informasiya xidmətlərinin göstərilməsi qaydaları
 
34. Reyestr vasitəsilə informasiya xidmətləri dövlət orqanlarına, həmçinin qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərə göstərilə bilər.
35. Reyestr vasitəsilə göstərilən informasiya xidmətinin tərkibinə aşağıdakılar daxildir:
35.1. Reyestr üzrə informasiya ehtiyatlarının müxtəlif parametrli məlumat-axtarış xidmətləri;
35.2. Reyestr əsasında statistik və qanunvericilikdə nəzərdə tutulan digər məlumatların hazırlanması və təqdim olunması.
36. Reyestrin elektron versiyasına müraciət müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə, dövlət orqanlarının xüsusi telekommunikasiya şəbəkəsindən və internet şəbəkəsindən təmin edilir.
37. Reyestrin məhdudlaşdırılmış daxilolma növlü dövlət informasiya ehtiyatları üzrə informasiya xidmətlərinin göstərilməsi "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına əsasən tənzimlənir.
38. İstifadəçilər Reyestrin elektron versiyasına "yalnız oxumaq" ("read-only") rejimində müraciət edə bilərlər.
 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV