«Azərbaycan Respublikasında 2010-2011-ci illərdə «Elektron hökumət»in formalaşdırılması üzrə Fəaliyyət Proqramı»nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın 1 nömrəli əlavəsinin 4.1.1.3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə:
1. «Azərbaycan Respublikasında 2010-2011-ci illərdə «Elektron hökumət»in formalaşdırılması üzrə Fəaliyyət Proqramı» təsdiq edilsin.
2. Bu sərəncamın 1-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş Fəaliyyət Proqramının əlaqələndirici orqanı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəyyən edilsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri
A.Rasi-zadə.
14 may 2010 il.