Multimedia Mərkəzi tərəfindən həyata keçirilən dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqi prosesi başa çatmaq üzrədir.
Məlum olduğu kimi Mərkəz 2006-cı ildən başlayaraq sistemli və peşəkar formada dövlət qurumlarının informasiya açıqlığı vəziyyətini araşdırır və müvafiq Hesabatlar və dövlət qurumlarının informasiya açıqlığı üzrə Reytinq Cədvəli tərtib edir.
Bu ilki Monitorinq prosesində 64 Mərkəzi icra hakimiyyəti orqanları (Nazirliklər, Dövlət Komitələri və s) və 67 rayon və şəhər icra hakimiyyətinin rəsmi internet resursunun informasiya açıqlığı vəziyyəti araşdırılıb.
Həmçinin bu ilki Monitorinq prosesində Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən elektron formada xidmət göstərilməsinə hazırlıq vəziyyəti və hazırda elektron formada təqdim olunan xidmətlərlə bağlı vəziyyət də araşdırılıb.
Dövlət qurumlarının informasiya açıqlığı vəziyyətini müəyyən etmək üçün aparılan Monitorinq ölkə qanunvericiliyi və beynəlxalq təcrübə nəzərə alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan Metodika əsasında gerçəkləşdirilir. Yerli icra hakimiyyəti orqanlarının Monitorinqi məqsədilə hazırlanan metodikada yerli icra orqanlarına xas olan spesifik xüsusiyyətlər nəzərə alınıb.
Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən informasiyalar kəmiyyət və keyfiyyət cəhətdən analiz edilib və qiymətləndirilib.
Monitorinqin yekunları ilə bağlı məlumatlar iyun ayının sonunda keçirilməsi nəzərdə tutulan geniş tədbirdə ictimaiyyətə açıqlanacaq.
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.informasiya.org
multimedia@cit.az