Friday 26th April 2024,

2012

Ξ Leave a comment

“Azərbaycanda “Açıq hökumət” təşəbbüsünün həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi “ mövzusunda Dəyirmi Masa keçirilib.

posted by

29 iyun 2012- ci il  tarixdə  Multimedia Mərkəzi tərəfindən “Azərbaycanda “Açıq hökumət”  təşəbbüsünün həyata keçirilməsində  vətəndaş cəmiyyətinin  rolunun gücləndirilməsi “   mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbirdə Multimedia Mərkəzinin direktoru  Osman Gündüz “Açıq Hökumət Tərəfdaşlığı” haqqında məlumat verib və bu istiqamətdə ölkədə aparılan işləri diqqətə çatdırıb.  O, AHT-nin əsas prinsiplərindən olar İnformasiya açıqlığı və Elektron hökumət quruculuğu sahəsində Mərkəz tərəfindən görülən işlərdən danışıb. Osman Gündüz  informasiya  açıqlığı üzrə Mərkəzi Yerli icra   qurumlarının növbəti Reytinq  Cədvəlini və Hesabatı  ictimaiyyətə təqdim edib. O, 6 ay ərzində  64 dövlət  qurumunun və 67 Yerli icra hakimiyyətlərinin rəsmi internet resursunun monitorinqinin aparıldığını  qeyd edib.  O, rəsmi saytların 60  parametr üzrə kəmiyyət  və  keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla  informasiya  açıqlığı  vəziyyətinin analiz olunduğunu  bildirilib.  
 Osman Gündüz bu ilki Monitorinq prosesində Mərkəzi icra orqanları tərəfindən göstərilən elektron xidmətlərin də araşdırıldığını bildirib. Ölkə prezidentinin 23 may tarixli elektron xidmətlərlə bağlı  Fərmanından sonrakı 1 il ərzində   dövlət qurumları tərəfindən bu istiqamətdə xeyli işlərin görüldüyü diqqətə çatdırılıb. Hazırda 260 dan çox  elektron xidmət təklif olunsa da onun yalnız 94-nün interaktiv olması və mövcud tələblərə cavab verməsi qeyd edilib.
Osman  Gündüz  həm informasiya açıqlığı sahəsində, həm də elektron xidmətlərlə bağlı dövlət  qurumları arasında kəskin informasiya bərabərsizliyinin olduğu  vurğulanıb.
Monitorinqin nəticələrinə əsasən informasiya  açıqlığı üzrə Reytinq Cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq   Vergilər Nazirliyi (71%), DSMF(68%) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya(65%) tutub. Sonuncu yerlər isə Nazirlər Kabinetinə və Müdafiə Nazirliyinə məxsusdur.
64 Mərkəzi icra qurumları üzrə orta informasiya  açıqlığı  göstəricisi  33.5% ( ötən il 27%) olub. Yerli icra hakimiyyətləri üzrə orta informasiya açıqlığı göstəricisi isə cəmi 7% olub.
Yerli İcra qurumları arasında 1-ci , 2-ci və 3-cü yerləri Binəqədi İH(20.9%), Qəbələ İH(15.6%) və Xətai İH(15.5) əldə edib. Şəhər icra hakimiyyətləri içərisində 1-ci yeri Şəki şəhər İH (34 %) tutub.

Dəyirmi Masada Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi Asif Əliyev, İREX –in əməkdaşı Ələsgər Məmmədli , RİTN-nin Hüquq şöbəsinin müdiri Bəxtiyar Məmmədov, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin nümayəndəsi Elnur Sultanov, Milli Büdcə Qrupunun koordinatoru Qalib Abbaszadə, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Vasif Mövsümov, TURAN İA – nın rəhbəri Mehman Əliyev, Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi Nazim  İsmayılov, ekspert Azər Həsrət  və digərləri çıxış ediblər. Çıxışlarda aparılan Monitorinqin mühüm əhəmiyyət ksb etməsi vurğulanıb. Son dövrlərdə ictimai   informasiyaların  rəsmi saytlardan əldə edilməsi sahəsində xeyli irəliləyişlərin olduğunu bildiriblər. Xeyli sayda dövlət qurumlarında həm informasiya açıqlığı, həm də elektron xidmətlərlə bağlı müəyyən uğurların əldə olunduğu qeyd edilib.   Xüsusilə də yeni araşdırılmağa  başlanan Yerli icra qurumlarının saytlarının və elektron xidmətlərin  gələcəkdə də daha ciddi  araşdırılmasının vacibliyi qeyd olunub. Çıxışlarda həmçinin hələ də açıqlanması məcburi olan informasiyaların xeyli hissəsinin həm Mərkəzi, həm də yerli icra  orqanlarının  saytlarından əldə edilməsinin mümkünsüzlüyü qeyd olunub. Monitorinqin nəticələrinin ictimailəşdirilməsinin və davamlı olaraq  aparılmasının  zəruriliyi qeyd olunub.
Təqdimat mərasimində hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq  təşkilatların  nümayəndələri  iştirak edib.  
Geniş məlumat www.informasiya.org –da  yerləşdirilib.

Multimedia Mərkəzi
Tel: 492 44 44  
www.informasiya.org
info@informasiya.org

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV