Ağcabədi Rayon İcra Hakimiyyəti www.agcabedi-ih.gov.az domen adlı İnternet resursu bəzi məlumatlar baxımından zəngin olsada çatışmamazlılarda nəzərdən qaçmır.bu çatışmamazlıqları aradan qaldırmaq üçün bəzi tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Qurum haqqında qurumun tarixi, əsasnaməsi və quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərin saytda yerləşdirilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsi ilə bağlı təqdim edilmiş qısa bilgilərlə yanaşı qurumun ünvanının marşrut, sxem və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat haqqında bilgilərin də əks etdirilməsi tövsiyyə olunur.
3. Qurumun strukturu haqqında isə struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər və onlarla əks əlaqə imkanları haqqında bilgiləri normal saymaq olar ancaq burada qurumun rəhbəri ilə əks əlaqə imkanları və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
5. Yaxşı olardı ki, cari informasiyaların mütəmadi yenilənməsi ilə yanaşı qurumdaxili əmr və qərarlar və cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) barədə bilgilərdə saytda yer alsın.
6. Daha bir tövsiyə büdcə ilə bağlı bilgilərin əks etdirilməsi ilə bağlıdır.
7. Tövsiyə olunur ki, qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər saytda yerləşdirilsin.
8. Boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
9. Ən azından qurumun rəhbərliyinə daxil olan şəxslərin əmək haqları barədə bilgilərin əks etdirilməsi gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında verilmiş bilgilərlə bərabər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin də sayta daxil edilməsi tövsiyə olunur.
11. Növbəti tövsiyə tender və yarışmalar haqqında olan qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin təqdim edilməsi barədədir.
12. Saytın texniki imkanları sırasına abunə imkanının və sayt daxili axtarış sisteminin də daxil edilməsi tövsiyə olunur.