Thursday 21st November 2024,

2013

Ξ Leave a comment

Nəqliyyat Nazirliyinin www.mot.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Nəqliyyat Nazirliyinin www.mot.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin www.mot.gov.az ünvanlı İnternet saytı, əvvəlki illərlə müqayisədə xeyli irəli gedib. Saytın daha dolğun və daha təkmil olması diqqəti cəlb edir. Üstəlik, e-xidmətlərin verilməsi də onun üstünlüklərindən biridir. Bununla belə, saytda bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyyələrimizi təqdim edirik:

1. Qurum ilə bağlı informasiyalar yetərli sayılacaq qədərdir. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi nəticəsində bu bölmə dolğunlaşmış olar.

3. Qurumun strukturu haqqında strukturun ümumi sxeminin, aparat işçilərinin hamısının bioqrafik bilgilərinin də təqdim edilməsi tövsiyə olunur.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, həmçinin, regional bölmələrin rəhbərləri haqqında bioqrafik bilgilərin və həmin bölmələrin rəhbərləri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edilməsi də vacib sayılır.

5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.

6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər də saytda əks etdirilsin.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar yetərli qədər təqdim edilir.

8. Quruma işə qəbul qaydaları və boş iş yerləri haqqında  elanlar , elanların arxivi barədə bilgilərin verilməsi də tövsiyələr sırasındadır.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi də gərəkli sayılır.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər ətraflı verildiyi üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları barədəki bilgilərin yetərli sayıla biləcək həddə gətirilməsi və digər göstəricilər üzrə də bilgilərin verilməsi faydalı olardı.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər əks etdirildiyi üçün əlavə tövsiyə verilmir.

13. Saytın texniki imkanları sırasına  abunə imkanının və sosial şəbəkədə səhifəsinin olması da tövsiyyələr sırasındadır.  Qeyd edək ki, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sosial şəbəkədəki səhifəsi çox aktivdir. Yaxşı olardı ki, nazirliyin də sosial şəbəkələrdə səhifəsi mövcud olsun.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV