Saturday 23rd November 2024,

2013

Ξ Leave a comment

Astara Rayon İcra Hakimiyyəti www.astara-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Astara Rayon İcra Hakimiyyəti www.astara-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Astara Rayon İcra Hakimiyyəti  İnternet resursu ilkin görünüş olaraq normal görünsə də informasiyalar baxımından və bir sıra bölmələr üzrə bilgi kasadlığı baxımından diqqət çəkir. Bir çox bölmələrin boş olması və təqdim edilməsi gərəkli olan bilgilərin olmaması gözdən qaçmır. Saytın ümumi mənzərəsi aşağıdakı kimidir.

1.    Rayon haqqındakı bilgilər kifayət qədər olsa da, qurum haqqındakı  bilgi qurumun rəhbəri haqqında verilmiş qısa məlumatla kifayətlənir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri barədə isə heç bir məlumat verilmir.

2.    Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları verilsə də,  quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara rast gəlinmir.

3.    Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar, onlala əlaqə nəmrələri olsa da,  struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar saytda öz əksini tapmır.

4.    Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında qısacada olsa bilgilər təqdim edilir. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.

5.    Cari informasiyalar baxımından da sayt zəngin sayıla bilər. Təqdim edilmiş ən son məlumatlar cari ilin sentyabr ayına aiddir. Amma bununla yanaşı  qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.

6.    Qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yoxdur.

7.    Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.

8.    Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.    Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.    Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları nə də, qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.

11.    Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.    Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV