Bərdə Rayon İcra Hakimiyyətinin www.berde-ih.com domen adlı İnternet resursunun məlumatlarının zənginləşdirilməsi baxımından bəzi tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Bərdə rayonu haqqındakı bilgiləri yüksək qiymətləndirmək olar. Ancaq qurum haqqındakı bilgilər sırasına qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilər və qurumun əsasnaməsi haqqında məlumatların təqdim edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsi üçün təqdim edilmiş qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları ilə yanaşı qurumunun ünvanının marşrut və sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
3. Qurumun strukturu barədə isə struktur bölmələrinin səlahiyyət çərçivələri və struktur bölmələrinin dəqiq (tam) ünvanları haqqında bilgilərin verilməsi tövsiyə olunur.
4. Yaxşı olardı ki, rəhbər işçilər haqqında təqdim edilmiş bilgilər sırasına struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin də əlavə edilsin.
5. Tövsiyə olunur ki, cari informasiyaların müntəzəm olaraq yerləşdirilməsi və qurumdaxili əmrlər, sərəncamlar, qərarlar və rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər də təqdim edilərdi.
6. Büdcə ilə bağlı bilgilərin saytda yerləşdirilməsi tövsiyə olunur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə yeganə təqdim edilmiş bilgi onlayn müraciət imkanıdır ki, bununla yanaşı qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və qaynar xətt barədə məlumatların da təqdim edilməsi tövsiyə olunur.
8. Daha bir tövsiyə boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də saytda öz əksini tapmasıdır.
9. Qurumun rəhbərliyinə daxil olan şəxslərin əmək haqları barədə bilgilərin saytda yerləşdirilməsi də məqsədəuyğun olardı.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təqdim edilmiş bilgilər sırasına vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilərin də əlavə edilməsi tövsiyə olunur.
11. Tender və yarışmalar haqqında bilgilərin də təqdim edilməsi tövsiyyə olunur.
12. Saytın texniki imkanlarının daha da inkişaf etdirilməsi abunə imkanının və sayt daxili axtarışın da əlavə edilməsi tövsiyə olunur.