Beyləqan Rayon İcra Hakimiyyəti www.-beyleqan– ih.gov.az domen adlı İnternet resursu ilkin görünüşdən də çox da zəngin bir sayt olmadığı nəzərə çarpır. Saytda icra hakimiyyəti strukturundakı şura, bələdiyyələr, fəaliyyət və elektron xidmətlər bölməsi yaradılsa da, bölməyə daxil olduqda boş olduğunu görürük. Həmçinin şəffaflıq baxımından təqdim edilməsi gərəkli olan büdcə haqqında bilgilər, boş iş yerləri haqqında bilgilər və .s təqdim edilmir. Saytın ümumi görünüşü aşağıdakı kimidir:
1. Rayon haqqında bilgilər elə də zəngin təqdim edilmir. Buna baxmayaraq qısa da olsa, rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, mədəniyyəti haqqında bilgilər təqdim edilmişdir. Qurum haqqında isə qurumun rəhbərinin bioqrafiyası təqdim edilir. Qurumun tarixi, əsasnaməsi və quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilər isə əks etdirilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri və e-poçt ünvanı təqdim edilir. Lakin qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat haqqında bilgilər yoxdur.
3. Qurumun strukturunun ümumi sxemi, qurumun strukturunun alt bölmələri və struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar saytda əks etdirilmişdir. Struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilərə saytda rast gəlinmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə imkanları haqqında verilmiş bilgilər sırasında qurumun rəhbərinin qısa bioqrafiyası, qurum ilə əks əlaqə üçün ümumi imkanlar və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında məlumatlar vardır. Bu məlumatlar sırasında qurumun rəhbəri ilə əks əlaqə imkanları və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.
5. Cari informasiyalar baxımından sayt kasaddır. Məlumatlar mütəmadi olaraq yerləşdirilmiir. Belə ki, xəbərlər bölməsindəki son informasiya 07 iyul 2013-cü tarixinə aiddir. Quruma aid olan informasiyalar, qurumdaxili əmr və qərarlar və cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) barədə heç bir bilgiyə rast gəlinmir.
6. Təqdim edilən infrastruktur bölməsində rayonda fəaliyyət göstərən mərkəzlərin şəkillərinin yerləşdirilməsi ilə kifayənlənilmişdir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər sırasında yalnız onlayn müraciət imkanı saytda yer almışdır.
8. Boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi barədə təəssüf ki heç bir məlumat verilmir.
9. Saytda öz əksini tapmayan daha bir bilgi rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin əmək haqları barədə olan bilgilərdir.
10. Vətəndaşların qəbulu ilə bağlı qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqında və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər təqdim edilir. Ancaq vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər barədə heç nə deyilmir.
11. Tender və yarışmalar haqqında qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə saytda heç bir bilgi yoxdur.
12. Sayt texniki imkanlar baxımından normaldır. Saytda onlayn müraciət forması təqdim olunur. Çatışmayan abunə imkanı və sayt daxili axtarış sistemidir.