Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az ünvanlı İnternet saytı digər nazirlik və komitələrin saytından fəaliyyət istiqamətlərinə görə çox fərqlənir. Funksional şəkildə təqdim edilən saytın daxilində elektron xidmətlər üzrə ziyarətçilərə xidmət göstərən və QHT-lərlə bağlı məlumatları özündə geniş əks etdirən daha iki sayt: e-qht.az saytı və qht.xəbər.az saytları da fəaliyyət göstərir ki, bu saytların vasitəsilə ziyarətçilər özlərinə lazım olan gərəkli bilgiləri əldə edə bilərlər. Saytda onlayn müraciət formalarının olması da təqdirəlayiq hal sayıla bilər. Ümumilikdə yaxşı təsir bağışlasa da saytda bəzi bölmələr üzrə heç bir bilgi yoxdur. Qurumun büdcəsi haqqında verilən məlumatda QHT-lərə ayrılan vəsait haqda məlumat olsa da, qurumun rəhbərliyinin və sahə işçilərinin əmək haqqı barədə heç bir bilgi verilmir. Bundan başqa, saytda Azərbaycanda fəaliyyət göstərən QHT-lərin siyahısına rast gəlinmir. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayıla bilər.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər –aparat və struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar da öz əksini tapıb. Burada çatışmayan bilgi qurumun alt bölmələri haqqındadır.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilir. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və onlarla əks əlaqə imkanları barədə də bilgilər mövcuddur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında verilən məlumat tam deyil. Həmçinin, sahə işçilərinin əmək haqqı barədə heç bir bilgi saytda əks etdirilmir.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı haqqında bilgilər öz əksini tapmışdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında , işə qəbulun norma və qaydaları barədə natamam bilgilər təqdim edilir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə isə hər hansı bir bilgiyə rast gəlinmir.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.
10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə bilgi bilgilər təqdim edilmir. Digər bilgilər tender və hərracların keçirilməsi ilə bağlı elanlar, nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə isə məlumat təqdim edilmir.
12. Növbəti təqdim edilən bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır. Bu barədə məlumatlar qənaətbəxş sayılır.
13. Saytın texniki imkanları sırasında abunə imkanı yoxdur.