Gədəbəy Rayon İcra Hakimiyyəti www. gedebey -ih.gov.az domen adlı İnternet resursu ilkin görünüşdən də çox da zəngin bir sayt olmadığı nəzərə çarpır. Doğrudur, digər saytlara nəzərən burada bəzi məlumatlar baxımından zənginlik var. Məsələn cari informasiyaların mütəmadi olaraq yenilənməsi müsbət göstəricidir. Lakin saytda elektron xidmətlər bölməsi yaradılsa da bölməyə daxil olduqda boş olduğunu görürük. Həmçinin şəffaflıq baxımından təqdim edilməsi gərəkli olan büdcə haqqında bilgilər, boş iş yerləri haqqında bilgilər və .s təqdim edilmir. Saytın ümumi görünüşü aşağıdakı kimidir:
1. Rayon haqqında ətraflı bilgilər təqdim edilmir. Burada rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, təhsili, mədəniyyəti və səhiyyəsi haqqında ətraflı bilgilərə rast gəlinmir. Qurum haqqında isə qurumun rəhbərinin bioqrafiyası təqdim edilir. Qurumun tarixi, əsasnaməsi və quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilər isə əks etdirilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun rəhbər işçilərinin qəbul günləri qrafik formasında təqdim olunsa da, qəbul saatları, yerləşdiyi ünvan, faks nömrələri və e-poçt ünvanı təqdim edilmir. Bununla belə qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat haqqında da bilgilər yoxdur.
3. Qurumun strukturunun ümumi sxemi, qurumun strukturunun alt bölmələri və struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar saytda əks etdirilmişdir. Struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilərə saytda rast gəlinmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə imkanları haqqında verilmiş bilgilər sırasında qurumun rəhbərinin qısa bioqrafiyası, qurum ilə əks əlaqə üçün ümumi imkanlar və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında məlumatlar vardır. Bu məlumatlar sırasında qurumun rəhbəri ilə əks əlaqə imkanları və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.
5. Cari informasiyalar baxımından sayt zəngindir. Məlumatlar mütəmadi olaraq yeniləşdirilmişdir. Lakin quruma aid olan informasiyalar, qurumdaxili əmr və qərarlar və cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) barədə heç bir bilgiyə rast gəlinmir.
6. Təqdim edilməyən bölmələrdən biri də ümumi dövlət büdcəsi ilə bağlı məlumatlar bölməsidir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər sırasında yalnız onlayn müraciət imkanı saytda yer almışdır.
8. Boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi barədə təəssüf ki heç bir məlumat verilmir.
9. Saytda öz əksini tapmayan daha bir bilgi rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin əmək haqları barədə olan bilgilərdir.
10. Vətəndaşların qəbulu ilə bağlı qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqında və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər təqdim edilir. Ancaq vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər barədə heç nə deyilmir.
11. Tender və yarışmalar haqqında qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə saytda heç bir bilgi yoxdur.
12. Sayt texniki imkanlar baxımından normaldır. Saytda onlayn müraciət forması təqdim olunur. Çatışmayan abunə imkanı və sayt daxili axtarış sistemidir.