Friday 22nd November 2024,

Xəbərlər

Ξ Leave a comment

Dövlət qurumlarının rəsmi internet resurslarının İnformasiya açıqlığı üzrə monitorinqi davam edir

posted by informadmin
Dövlət qurumlarının rəsmi internet resurslarının İnformasiya açıqlığı üzrə monitorinqi davam edir

Multimedia Mərkəzinin həyata keçirdiyi dövlət qurumlarının rəsmi internet resurslarının İnformasiya açıqlığı üzrə monitorinqi davam edir.
Qeyd edək ki, Mərkəz 2006-cı ildən başlayaraq hər il  sistemli və ardıcıl şəkildə dövlət qurumlarının informasiya açıqlığı vəziyyətini araşdırır,  Onlayn şəffaflıq üzrə   müvafiq Hesabatlar və Reytinq Cədvəlini tərtib edir.

Bu il həyata keçirilən Monitorinq prosesində yerli icra hakimiyyəti orqanlarının da rəsmi resurslarının informasiya açıqlığı və şəffaflıq vəziyyəti araşdırılır.

Monitorinq prosesi yerli qanunvericiliyə və beynəlxalq normalara əsaslanaraq Mərkəz tərəfindən hazırlanan Metodika əsasında həyata keçirilir.

Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən məlumatların,  xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi nəzərdə tutulub.

Bu il həyata keçiləcək Monitorinq prosesində  75 Mərkəzi icra orqanının ( Nazirliklər, Dövlət komitələri və s ) və  67 Yerli icra orqanının  (Rayon və şəhər icra hakimiyyətləri) rəsmi saytlarının informasiya açıqlığı vəziyyəti araşdırılacaq.

Monitorinq başlayandan indiyədək  25  Mərkəzi icra orqanı və 16 yerli icra hakimiyyəti orqanının İnternet resursu monitorinq olunub. Araşdırmaların nəticələri www.informasiya.org  saytında yerləşdirilib.

Cari ilin sonunadək davam edəcək Monitorinq əsasında konkret hər bir dövlət qurumunun rəsmi saytı üzrə icmal və tövsiyyələrin hazırlanması, dövlət qurumlarının vətəndaş cəmiyyətinə informasiya açıqlığı üzrə Reytinq Cədvəlinin və Yekun Hesabatın hazırlanması nəzərdə tutulub.

Monitorinq prosesi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura ilə əməkdaşlıq şəraitində keçirilir.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV