Friday 22nd November 2024,

Xəbərlər

Ξ Leave a comment

Milli Məclis 1 ildə nə edib?

posted by

Milli Məclis 1 ildə nə edib?

Üçüncü çağırış Milli Məclisin birillik fəaliyyəti geniş şəkildə müzakirə olunub və qənaətbəxş qiymətləndirilib. Vitse-spiker Bahar Muradova və komissiya sədrlərinin iştirakı ilə parlamentdə keçirilən mətbuat konfransında belə nəticəyə gəlinib. Hesabatı açıqlayan Bahar Muradova bildirib ki, ötən bir il ərzində parlament bir sıra geniş tədbirlər planı həyata keçirib.

Vitse-spiker qeyd edib ki, 1 illik fəaliyyəti dövründə parlament daxili nizamnamədən kənara çıxmayıb: "İki sessiyada 30 iclas keçirib. Bu toplantılarda 1 Konstitusiya qanunu, 3 konstitusiya qanununa əlavə və dəyişiklik, 70 qanun, 71 qanuna əlavə və dəyişikliklər, 41 konvensiya təsdiqlənib. Üst-üstə 30 iclasda 186 qanun və qərar qəbul edilib. Qanunların təkmilləşdirilməsi prosesi də həyata keçirilib".

Vitse-spiker Milli Məclisin fəaliyyətinin əsas istiqamətinin beynəlxalq əlaqələrin təşkil etdiyini də söyləyib: "Bir il ərzində parlamentdə 100-ə yaxın nümayəndə heyəti qəbul edilib. Qonaqlar sırasında bir çox ölkənin prezident, parlament rəhbərləri də olub. Azərbaycan nümayəndə heyəti də bir sıra ölkələrdə görüşlər keçirib".

Milli Məclisin dünyada baş verən proseslərə münasibəti, qəbul etdiyi bəyanatları haqda da geniş məlumat verən B.Muradova bildirib ki, Fransa senatının "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza tətbiq edilməsi ilə bağlı çıxardığı qərara qarşı MM-in bəyanatı beynəlxalq səviyyədə geniş əks-səda doğurub: "Maltada keçirilən toplantıda bu, açıq şəkildə hiss olundu. Orada bir sıra dövlətlərin parlamentarları bildiriblər ki, həmin bəyanat demokratiyaya qarşı bir təhlükənin aradan qaldırılması istiqamətində cəhddir".

Parlamentdə müxtəlif siyasi partiyaların üzvlərinin olduğunu xatırladan B.Muradova deyib ki, müxalifətçilərə daha yaxşı imkanlar yaradılıb. İndi deputatlar istənilən təkliflə çıxış edir, qanun layihələrindəki boşluqlara iradlarını bildirirlər. Eyni zamanda, müxalifətçi deputatlar MM-də konstruktiv mövqe nümayiş etdirirlər: "Bizim parlamentdə və ölkədə bölməyə heç nəyimiz yoxdur".

Toplantıda çıxış edən MM-in icra aparatının rəhbəri Səfa Mirzəyev millət vəkillərinin köməkçilərinin hansı üsulla seçiləcəyi və onların fəaliyyəti barədə geniş məlumat verib: "Köməkçilər dövlət qulluqçuları hesab olunacaq və onların işə qəbulu dövlət qulluqçularının işə götürülməsi prinsipi ilə həyata keçiriləcək. Burada deputatların rəyi də soruşulacaq. Məsləhətçi statusunda olacaq köməkçilər millət vəkilinin seçildiyi dairələrdə fəaliyyət göstərəcək, əhalinin problemləri ilə maraqlanıb deputata məlumat verəcəklər".

Mətbuat konfransında jurnalistlər öz problemləri barədə də millət vəkillərinə suallar ünvanladılar. Media nümayəndələri icra aparatından telekanalların operatorlarının zala daxil olması üçün imkanların yaradılmasını xahiş etsələr də, müsbət cavab ala bilmədilər. MM-in mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirdi ki, deputatların arxa plandan çəkilişi onları da qane etmir. Səfa Mirzəyev isə operatorların zala daxil olmasının qeyri-mümkünlüyünü söylədi və bunu dünya təcrübəsi ilə əlaqələndirdi.

Rəhbərlik yanvar ayından jurnalistlər üçün nəzərdə tutulan bütün avadanlıqların yenilənəcəyini, internet şəbəkəsinin yaradılacağını bildirdi.

ayna
02.11.2006

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV