Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az ünvanlı İnternet saytı, monitorinqdə də qeyd etdiyimiz kimi, çox geniş bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir.Burada diqqət çəkən məqamlardan biri də ayrıca e-xidmətlər bölməsinin olmasıdır. Sayt demək olar ki, bütün bölmələr üzrə dolğunluğu ilə fərqlənir. Xüsusilə də, qurumun büdcəsi və sahə işçilərinin tarif stavkası haqqında ayrıntılı bilginin verilməsi təqdirəlayiq haldır. Nəzərə çatdıraq ki, bu halla bu il ərzində indiyə qədər monitorinqini keçirdiyimiz internet resurslarında ilk dəfə rastlaşdığımız hal olduğu üçün müsbət hal kimi dəyərləndiririk. Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı məlumatlar kifayət qədər dolğun olduğu üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini, yəni, telefon, faks, onlayn müraciət, qaynar xətt, çoxlu sayda e-poçtlar, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə ayrıca bilgilər verildiyi üçün bu sahədə də heç bir tövsiyə verilmir.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilərtəqdim edilmişdir. Bu baxımdan əlavə tövsiyəyə gərək duyulmur.
4. Rəhbər işçilər, onlarla əks əlaqələr, həmçinin rəhbərin və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirildiyini nəzərə alsaq bu sahədə də əlavə tövsiyə verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də məlumatlar təqdim olunduğuna görə, bu sahə üzrə də tövsiyə yoxdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim olunmuşdur. Amma yaxşı olardı ki, büdcədənkənar daxilolmalarvə onların istiqamətləri barədə informasiyalar da saytda yer alsın.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Bu üzdən də əlavə tövsiyə verilmir.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, boş iş yerləri haqqında elanlar təqdim edilməsi gərəkli olan bilgilərdəndir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda yer almışdır. Bu üzdən də əlavə tövsiyyə verilmir.
10.Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatlar da təqdim olunan bilgilər sırasındadır. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.
11. Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi haqqında kifayət qədər geniş məlumatlar saytda yer almışdır. Burada çatışmayan yalnız tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərdir ki, bu da əlavə edilsəydi sahə dolğunlaşmış olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqda bunu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapmışdır. Bu üzdən də əlavə tövsiyyəyə lüzum görülmür.
13. Saytın texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi tövsiyyələr sırasındadır. Həmçinin, sosial şəbəkələrdə səhifəsinin aktivləşdirilməsinə ehtiyac duyulur.