Thursday 21st November 2024,

2013

Ξ Leave a comment

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin www.maliyye.gov.az. domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Azərbaycan Respublikası Maliyyə  Nazirliyinin www.maliyye.gov.az. domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikasının Maliyyə  Nazirliyinin www.maliyye .gov.az. domen adlı İnternet saytını dolğun saymaq olar. Saytda bu sahəyə aid xidmət haqqında çox geniş bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Burada sahə ilə bağlı bütün məlumatlara rast gəlmək mümkündür. Elektron xidmətlər bölməsinin ayrıca təqdim edilməsi, qurumun tarixi, ünvanı, rəhbərlik haqqında ətraflı məlumatlar, vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranış qaydaları, qaynar xətt, onlayn və telefon, faks əlaqələri, sosial şəbəkələrdə səhifələrinin mövcudluğu baxımından qurumun internet resursunu yüksək qiymətləndiririk. Lakin  qurumun ünvanına  gəlmək üçün marşrutlar göstərilməmişdir. Bundan başqa, qurumun büdcəsi və büdcənin icrası haqqında bilgilər təqdim edilmir. Bunu  sahə işçilərinin əmək haqqı barədə də demək olar. Tender elanları təqdim edilsə də, tender və yarışmaların nəticələri və tender və yarışmaların nəticələrinin mübahisələrin həlli qaydaları, həmçinin, büdcədənkənar daxilolmalarla bağlı da məlumatlara rastlamadıq. Saytın sosial şəbəkələrdə səhivəsi mövcud olsa da, səhifədə heç bir bilgi təqdim edilmir.  Beləliklə, saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:

1.      Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərliyi haqda kifayət qədər dolğun bilgi verilir. Kollegiya haqqında da eyni sözləri demək mümkündür.

2.      Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları göstərilmişdir. Lakin qurumun ünvanının marşrut və sxemi, həmçinin, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar öz əksini tapmır.

3.      Qurumun strukturu barədə də yetərli bilgi təqdim edilmişdir.

4.      Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları təqdim edilən bilgilər sırasındadır, amma struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər göstərilməmiş, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları olsa da, regional şöbələrin rəhbərləri ilə əlaqə və ünvanlar təqdim olunmur.

5.      Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Bundan başqa, qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgi göstərilir.

6.      Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumat yer tutmur.

7.      Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Həmçinin, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, qaynar xətt nömrəsi də mövcuddur.

8.      Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası və  işə qəbulun norma və qaydaları , dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilmişdir.

9. Sahə işçilərinin əmək haqları barədə  heç bir məlumata rast gəlinmir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də ətraflı məlumatlar mövcuddur.

11.    Daha bir əks etdirilən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar təqdim olunsa da, tender və yarışmaların nəticələri, saytda öz əksini tapmamışdır.

12.    Qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapmışdır.

13.    Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Ancaq abunə imkanı çatışmır.  Qurumun sosial şəbəkələrdən fasebook-da səhifəsi mövcud olsa da səhifənin içi boşdur.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV