Multimedia Mərkəzinin həyata keçirdiyi dövlət qurumlarının rəsmi internet resurslarının İnformasiya açıqlığı üzrə monitorinqi davam edir.
Qeyd edək ki, Mərkəz 2006-cı ildən başlayaraq hər il sistemli və ardıcıl şəkildə dövlət qurumlarının informasiya açıqlığı vəziyyətini araşdırır, müvafiq Hesabatlar və dövlət qurumlarının informasiya açıqlığı üzrə Reytinq Cədvəlini tərtib edir.
Cari ilin iyul ayıdandan başlanan Monitorinq prosesi yerli qanunvericiliyə və beynəlxalq normalara əsaslanaraq Mərkəz tərəfindən hazırlanan Metodika əsasında həyata keçirilir.
Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən məlumatların, xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi nəzərdə tutulub. Monitorinq prosesində ekspertlər hər bir dövlət qurumunun onlayn şəffaflıq vəziyyətini müəyyən etmək üçün onun rəsmi İnternet İnternet resursunu 45 parametr üzrə analiz edirlər.
Bu il həyata keçirilən Monitorinq prosesində yerli icra hakimiyyəti orqanlarının da rəsmi resurslarının informasiya açıqlığı və şəffaflıq vəziyyəti araşdırılır.
Monitorinq müddətində indiyədək 47 Mərkəzi icra orqanı və 26 yerli icra hakimiyyəti orqanının rəsmi İnternet resursu monitorinq olunub. Araşdırmaların nəticələri www.informasiya.org saytında yerləşdirilib.
Cari ilin sonunadək davam edəcək Monitorinq əsasında konkret hər bir dövlət qurumunun rəsmi saytı üzrə icmal və tövsiyələrin hazırlanması, dövlət qurumlarının vətəndaş cəmiyyətinə informasiya açıqlığı üzrə Reytinq Cədvəlinin və Yekun Hesabatın hazırlanması nəzərdə tutulub.
Monitorinq prosesi “İctimai informasiya subyektlərinə məxsus ictimai informasiyaların açıqlanması vəziyyətinin Monitorinqi” Layihəsi çərçivəsində həyata keçirilir.
Monitorinq prosesi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şura ilə əməkdaşlıq şəraitində həyata keçirilir.
Multimedia Mərkəzi
www.informasiya.org
multimedia@cit.az