Thursday 21st November 2024,

Təhlil və şərhlər

Ξ Leave a comment

Dörd dövlət qurumunun saytı bir məsələyə şəffaflıq gətirə bilmir. Söhbət hamımızın sərvəti olan neft pullarının taleyindən gedir. Azərbaycanda informasiya əldə olnması haqqında qanun qəbul edilsə də, bu, hələ informasiya əlçatanlığı demək deyil.( Şəhla Əb

posted by

Dörd dövlət qurumunun saytı bir məsələyə şəffaflıq gətirə bilmir

Söhbət hamımızın sərvəti olan neft pullarının taleyindən gedir

Azərbaycanda informasiya əldə olnması haqqında qanun qəbul edilsə də, bu, hələ informasiya əlçatanlığı demək deyil.

Şəhla Əbusəttar

«Himayədar» jurnalının əməkdaşı 

«İnformasiya əldə etmək haqqında» Qanunun (İƏHQ) qəbul edilməsindən artıq bir ilə yaxın vaxt keçib.  Qanun Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirmək, eləcə də ictimai vəzifələrin yerinə yetirilmsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaq məqsədini daşıyır.

Təbbi ki, qanunlar qəbul olunan zaman tam mükəmməl olmur işlədikcə, boşluqlara rast gəlindikcə təkmilləşir. Sözügedən qanunun beşinci maddəsi  özünün iki bəndi ilə vətəndaşların informasiya ələdə edə bilmək hüqüqlarını aydın əks etdirir, qoruyur digər normativ hüquqi aktlarda informasiyanın əldə olunması ilə bağlı bu Qanunun tələblərindən fərqli qaydalar müəyyənləşdirməyə imkan vermir. Təəssüf ki, digər bütün qanunlara əməl edilmədiyi kimi, bu qanuna da Azərbaycan cəmiyyətində hələ, demək olar ki, riayyət olunmur. Elə bütün ölkə əhalisinin böyük ümidlərlə göz dikdiyi respublkanın sonrakı həyatının müqəddəratında ən əvəzedilməz önəmli açar hesab edilməsi mümkün olan neft pullarının dərəcədə məqsədyönlü səmərəli xərcləndiyi barədə informasiya əlçatanlığı istiqamətində apardığımız monitornq zamanı da bu hal özünü doğrultdu.

Biz neft pullarının dərəcədə səmərəli xərclənməsi istiqamətində cəmiyyətin səviyyədə məlumatlandırıldığını maliyyə şəffaflığının necə təmin olunduğunu müəyynləşdirmək üçün öncə dörd qurumun internet saytlarındakı mövcud vəziyyətlə maraqlandıq. Qeyd edək ki, monitorinq ötən 1 ay ərzində aparılıb. Məlum olduğu kimi, Azərbaycan Dövlət Neft Fondundan xərclənən ilk vəsaitlərin ünvanı qaçqın və məcburi köçkünlər oldu. Qaçqın və məcburi köçkünlərin sosial məişət və məskunlaşma proqramlarının həllinə dair Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 saylı (83 milyard AZM), 7 sentyabr 2001-ci il 577 saylı (84 milyard AZM) və 13 may 2002-ci il tarixli (192 milyard AZM) fərmanları ilə ümumilikdə Neft Fondundan 359 milyard AZM vəsait ayrııb. Bu üç fərman və daha sonra dövlət başçısı İlham Əliyevin 04 aprel 2004-c ildə imzaladığı 80 saylı Sərəncamla 2001-2006-ci lllərdə Neft Fondunun illik büdcəsində ümumilikdə  908 milyard manatdan artıq vəsait ayrılıb. Bu dörd sənədlə ayrılan vəsaitləri Ərazilərin Bərpası və Yenidənqurulması Agentliyi, Məcburi Koçkünlərin  Sosial İnkişafı Fondu (Nazirlər Kabineti yanında)  həyata keçirib. Təbii ki, burada Qaçqın və Məcburi Köçkünlrlə İş üzrə Dövlət Komitəsinin adını çəkməmək mümkün deyil. Bilavasitə tikintilərdə iştirak etməsə də, Komitə yuxarıda qeyd etdiyimiz proqramın həyata keçirilməsində digər üç qurumla birgə işləyir. İndi görək, başda Neft Fondunun özü olmaqla bu dörd qurum xərclənmiş külli miqdarda vəsaitin taleyi ilə bağlı nə kimi məlumatları cəmiyyətə çatdırıb.

Neft Fondu

Fondun internet saytında açıqlanın  məlmatlara görə, bu vəsaitlər hesabına ümumilikdə 10371 ev, 33 məktəb, 29 hamam, 24 inzibatı bina, 23 uşaq bağçası, 20 feldşurmama məntəqəsi, 18 icma mərkəzi, 18  rabitə qovşağı və digər zəruri  tikililər inşa olunub,  292 yuksək gərginlikli iri və kiçik transformatorlar quraşdırılıb, 164 artezian quyusu qazılıb, 73 su ambarı tikilib. Məlumatlara görə, həmçinin 321 km yolun, 294 km su, 566 km  elektrik  xətlərinin çəkildiyi, 5768 ha ərazini əhatə edən irriqasiya sistemlərinin yaradıldığı qeyd olunur. Saytdakı məlumatlara görə, qaçqın və məcburi köçkünlər üçün  7820  evi MKSİF, 2231 evi isə ƏBYA tikib. Təəssüf ki, saytda görlmüş işlərlə bağlı hər hansı maliyyə hesabatı təqdim olunmur. Fondun ictimaiyyətlə əlaqələr şöbsinin rəhbəri Könül xanım Xəlilovanın sözlərinə görə, maliyyə ilə bağlı məlumatlar qurumda olsa da, Fond onları açıqlamaq səlahiyyətinə malik deyil. Könül xanım maliyyə ilə bağlı məlumatlar üçün vəsaitləri xərcləmiş digər üç quruma müraciət etməyi məsləhət gördü.

Ərazilərin Bərpası və Yenidənquruma Agentliyi

Bu qurumun saytıni internetdə tapmaq mümkün olmadığından birbaşa Agentliyin özünə müraciət etdik. Özünü təqdim etməkdən imtina edən qurum əmkdaşı bildirdi ki, Agenitliyin internet saytı yoxdur və buna ehtiyac da görmür: «Görülmüş işlər göz qabağındadır. Tikintilərin keyfiyytini hamı görüb. Başqa nə məlumat lazımdır ki? Saytımızın olmasına ehtiyac yoxdur. Biz daha çox xaricilərlə işləyirik və onları bizim işimiz qane edir. Qaçqın və məcburi köçkünlərin güzəranının yaxşılaşdırılması ilə bağlı tikinti işlərini artıq Nazirlər Kabineti yanında Məcburi Köçkünlrin Sosial İnkişafı Fondu həyata keçirir. Onlar bizim davamçılarımızdır».

Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu

Bu Fondun saytında da informasiya adlandırılması mümkün olan çox az cızma-qara var. Ayrı-ayrı layihələrə cavabdeh olan şəxslərin vəzifələri və işlədikləri bölmələrin adı verilib. O ki, qaldı qaçqın və məcburi köçkünlər üçün aparılmış tikinti işlərinə, bu barədə saytda heç bir məlumat yoxdur. Saytdan əldə edə bildiyimiz məlumat təkcə bundan ibarət oldu ki, Neft Fondunun layihələri üzrə koordinator Ruflan Cəlilovdur. Biz Fondun direktoru Fikrət Topçubaşova yazılı müracit edərək qəsəbələrdən birində 1, 2, 3, və 4 otaqlı evlərin, tibb məntəqəsi və hamam binasının smeta dəyirini, eləcə də çəkilmiş su və yolun 1 km-nin və 1 ha üçün quraşdırılmış irriqasiya sistemlərinin neçəyə başa gəldiyi barədə sorğu göndərdik.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi

Bu qurumun internet saytı isə daha acınacaqlı  vəziyyətdədi. Digər iki qurum kimi, Komitənin də saytında cəmiyyət üçün maraq kəsb edən məlumatlar deyil, qurumla bağlı kifayət qədər köhnəlmiş ümumiləşdirilmiş və yarımçıq məlumatlar var.  Neft Fondu artıq 2004-cü ildə dövlət başçısının imzaladığı sərəncam əsasnda tikilən evlərin sayını göstərsə də, Komitə yalnız ilk üç Fərman əsasında xərclənmiş vəsaitlər hesabına tikilmiş evlərin sayını göstərib. Amma Komitənin evlərin sayı ilə bağlı verdiyi məlumatlarla Neft Fondunun bu  barədə açıqladığı say arasında fərqlər var. Belə ki, sözügedən sənədlərlə tikilmiş evlərin sayı Komitə tərəfindən 319 ev artıq göstərilib.

Komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənan Həsənzadə qurumun öz rəqəmlərinə cavabdeh olduğunu bildirdi. Digər sorularımıza cavab olaraq, Komitəyə qarşı qərəzli mövqe (?) tutduğumuzu əsas gətirərək bizə hər hansı məlumatı verməyəcəyini bildirdi. Biz də öz tərəfimizdən İƏHQ əsaslanaraq yazılı sorğu ilə Məcburi Köçkünlərin Sosial İnfkişafı Fonduna ünvanladığımız məktubun bir surətini də Komitə rəhbərliyinə ünvanladıq.

Qanun MKSİF-ə tabedir?

Təəssüf ki, qanunla müəyyənləşdirilmiş müddət ərzində bu iki qurumun heç birindən rəsmi sorğularımıza cavab ala bilmədik. Komitədən sorğumuza hələ oktyabrın 30-da poçtla cavab göndərildiyi bildirilsə də, hər halda noyabr ayının 3-nə kimi biz bu cavabı almamışıq. Paytaxt ərazisində məktubların uzağı 2-3 günə ünvana çatdırıldığını nəzərə alsaq, çox güman ki, cavabın gecikməsinin başqa səbəbəri də ola bilər. MKSİF ilə əlaqə saxlayıb sorğumuzun taleyi ilə maraqlandıqda isə cavab veriləcəyi bildirilsə də, qanunla müəyyənləşdirilmiş müddət ərzində biz həmin cavabı da ala bilmədik. Fondun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ramiz Məmmədzadə ilə telefon əlaqəsi yaradıb, sorğuya cavab verilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin başa çatdığını xatırlatdıq. R.Məmmədzadə qanunun tələblərini onun yadına saldığımıza kəskin münasibət bildirərək – «o qanunu kim yaradıb bilmirəm. Biz qanuna tabe deyilik, qanun bizə tabedir. Gələn həftə cavab verəcəyik» – dedi. Sonra veriləcək cavabın isə hələ nədən ibarət olduğunu və qanunla nəzərdə müəyyənləşdirilmiş tələblərə cavab verib-verməyəcəyini demək çətindir. Hər halda fakt budur ki, İƏHQ-in olması məlumatın əldə edilməsi istiqamətində hələ elə əsaslı dönüş yarada bilməyib.

Cəmiyyət informasiya blokadasında saxlanılır

Vəziyyətlə tanış olduqdan sonra aydınlaşır ki, sorğulara cavab almaqla bağlı problemlərlə hər kəs qarşılaşır. Neft pullarının nə dərəcədə səmərəli xərclənməsi ilə bağlı uzunmüddətli layihə həyata keçirən Himayədar Humanitar Təşkilatının rəhbəri Himayət Rizvanqızının sözlərinə görə, yuxarıda adları çəkilən qurumlardan yalnız Neft Fondu məlumatların əldə edilməsi ilə bağlı əməkdaşlıqa fəal qoşulur: «Digər üç qurum isə maliyyə ilə bağlı məlumat tələb olunduqda, onlara qarşı qərəzli mövqe tutduğumuzu bildirirlər. Məlumat isə birmənalı şəkildə verilmir».

Təhqiqatçı-jurnalist Hicran Həmidova «Neft Fondundan qaçqın və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılmasına ayrılan vəsaitlərin xərclənməsində şəffaflığ» layihəsini həyata keçirərəkən  bu dövlət qurumlarından informasiya əldə etmək problemi ilə qarşılaşdığını bildirir. Hicran xanım əsasən maliyyə ilə bağlı informasiya üçün dövlət qurumlarından ƏBYA, MKSİF-lə əməkdaşlıq etdiyini bildirir: «Məlumatları mərhələ-mərhələ alıram ki, birbaşa sorğularımla qurum məsullarını qıcıqlandırmayam. Əks halda işləmək çətin olur. Saytlarda isə ümumiyyətlə informasiya yoxdur.  Sorğuların hissəvi aparılması isə vaxtın uzanmasına, informasiyanın əldə olunmasının aylarla çəkməsinə səbəb olur. MKSİF çox qapalıdı və məlumatların verilməsini təmin etmir. Neft Fondu və Qaçqınkomu da bu sıraya qata bilərəm. Neft Fondu ilə yazışmalarım aylarla çəkib. Ötən il həyata keçirdiyim layihə ilə bağlı müraciət etdikdə,  az da olsa məlumat verən Neft Fondu bu il vəsaitlərin xərclənməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürmək istəmir və ümumiyyətlə məlumat verməkdən imtina edir. MKSİF sifarişçi qurum kimi mənə bəzi məlumatların verilməsinə yardım göstərdikdə isə, Qaçqınkomun təzyiqləri ilə qarşılaşır. Qaçqınkomdan ötən ilki layihəmlə bağlı  sorğularımın bu quruma aid olmadığını bildirmişdilər, bu il isə ümumiyyətlə layihəmlə tanış olmadan məlumat verməyin mümkün olmayacağını bildiriblər. Ümumiyyətlə dövlət qurumları İƏRQ-dan xəbərsizdirlər. Maliyyə ilə bağlı verilən məlumatlar sonradan ciddi faktların aşkara çıxarılmasına yardım etdiyinə görə, onlar bizi informasiya blokadasında saxlayırlar».

Ekspertlər optimist yanaşır, vəziyyəttin müsbətə doğru dəyişəcəyini düşünürlər

Hüquqşünas Rəcəb Nurəliyevin sözlərinə görə, İƏRQ-də maliyyə şəffaflığının təmin olunması müddəası mütləq göstərilməsə də, hər halda bu anlayış dövlət sirrinə aid edilə bilən bilgilər sırasına daxil deyil: «O ki qaldı dövlət qurumlarının saytlarında maliyyə hesabıtlılığı barədə məlumatların olmamasına, ümumiyyətlə hazırda əlaqədar qurumlar dövlət orqanlarının internet saytları üçün ümumi nümunəvi formanın hazırlanması üzərində iş aparır. Çox güman ki, yeni formada indi olan çatışmazlıqlar aradan qaldırılacaq».

İƏNQ-in yaradılmasında yaxından iştirak etmiş Media Hüquq İnstitutunun direktoru Rəşid Hacılı və Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz hesab edir ki, dövlət qurumlarında maliyyə şəffaflığının və hesabatlılığını təmin etmək üçün qəbul ounmuş qanunda kifayət qədər müddəalar nəzərdə tutulub. Ekspertlərin fikrincə, bu qəbildən olan informasiyalar saytlarda yerləşdirilməsə də, sorğu şəklində qurumlara ünvanlandırıldıqda mütləğ cavablandırılmalıdır. Təcrübəmizdən göründüyü kimi, bu da adətən qanunun tələblərinin yerinə yetirilməsi ilə sonuclanmır. Qeyd edək ki, Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi dövlət qurumlarının internet resurslarının mövcud vəziyyəti və perspektivləri ilə bağlı bu günlərdə keçirilmiş dəyirmi masada İƏHQ-in icrasına nəzarət məqsədilə İnformasiya müvəkkili institutunun formalaşması məqsədilə dövlət  başçısına müraciət etmək qərara alınıb. Biz də bu təşəbbüsü alqışlayır, ona qoşulur və ümid edirik ki, institutun formalaşması informasiya azadlığı müstəvisində mövcud olan problemlərin həllinə yardım edəcək.

Yazı Media Hüquq İnstitutu və Almaniyanın Fridrix Ebert Fondunun birgə keçirdiyi yazı müsabiqəsinə təqdim olunur. 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV