Tuesday 16th August 2022,

Xəbərlər

Ξ Leave a comment

İLKİN MƏNBƏDƏN İNFORMASİYA ALINMASI İLƏ BAĞLI PROBLEMLƏR HƏLƏ DƏ VAR

posted by

İLKİN MƏNBƏDƏN İNFORMASİYA ALINMASI İLƏ BAĞLI PROBLEMLƏR HƏLƏ DƏ VAR

İbrahim Məmmədli: "İlkin mənbədən informasiya bütün cəmiyyətin problemidir"

Zərdabi Mətbuat Mərkəzi (ZMM) "İlkin mənbədən informasiya əldə olunması" ilə əlaqədar dəyirmi masa keçirib. Dünənki tədbirin gündəliyinə həmçinin aşağıdakı məsələlər də daxil edilib: kütləvi informasiya vasitələri ilə prokurorluq orqanlarının əlaqələrinin təcrübəsində, informasiya azadlığının gerçəkləşməsində informasiya texnologiyalarının və müasir şəraitdə mətbuat xidmətlərinin rolu.

ZMM-in sədri İbrahim Məmmədli qeyd etdi ki, ilkin mənbədən informasiya alınması ilə bağlı sorğu mərkəz tərəfindən bir ildir ki, aparılır. Onun sözlərinə əsasən, layihənin həyata keçirilməsi 2 il müddətində nəzərdə tutulub.

İ.Məmmədlinin fikrincə, ilkin mənbədən informasiya alınması yalnız jurnalistikanın deyil, bütün cəmiyyətin problemi hesab edilməlidir. "Bunun üçün də məsələyə diqqət ciddidir. Nəzərə almaq lazımdır ki, bu problem bütün illərdə mövcud olub. Məsələnin belə ciddi xarkter alması bizi vadar etdi ki, bu sorğunu keçirək. Əvvəlki sorğularımızın nəticəsində ilkin mənbədən informasiya alınması ilə bağlı problemlərin olduğu ortaya çıxmışdı. Sonradan apardığımız sorğunun nəticəsinə görə, respondentlərin 56,3 faizi ilkin mənbədən informasiya alınmasında problemin olmadığını deyir. Sözügedən problemin mövcudluğunu 19,7 faiz təşkil edənlər qəbul edirlər. Yerdə qalanlar isə "deyə bilmərəm" ifadəsi ilə kifayətlənir", deyə İ.Məmmədli bildirdi.
Habelə qeyd edildi, sorğuda problemin səbəbləri də araşdırılıb. Belə ki, sorğuda iştirak edənlərdən məmurların öz vəzifələrinə məsuliyyətsiz yanaşması, mətbuat xidməti institutunun tam formalaşmaması, jurnalistlərin bu sahədə qeyri-peşəkarlığı, mövcud qanunvericiliyin mükəmməl və işlək olmamasını düşünənlər var. O da bildirildi ki, problemin səbəbləri sırasına bu məsələdə ictimai marağın az olmasını da əlavə etmək olar.
İ.Məmmədlinin sözlərinə görə, təşkilatlar və səfirliklər arasında ilkin informasiya alınması ilə bağlı ATƏT-in Bakı ofisi, ABŞ, İngiltərə, Türkiyənin Bakıdakı səfirlikləri fəallıq nümayiş etdiriblər.

Multimedia Mərkəzinin sədri Osman Gündüz bildirdi ki, informasiya əldə olunmasında müvafiq dövlət orqanlarının saytlarının lazımi səviyyədə işləməsi vacib məsələdir. Mərkəzin sədri bəzi dövlət orqanlarının saytlarının yetərincə fəal işləməsini dilə gətirdi. Belə ki, bu sıraya Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi daxildir. O.Gündüz onu da əlavə etdi ki, Milli Məclis, Nazirlər Kabineti, Bakı şəhər İcra hakimiyyətinin saytları ən passiv şəkildədir. Onun bildirdiyinə görə, Milli Teleradio Şurasının saytı demək olar ki, işləmir və son məlumat saytda 2003-cü ildə yerləşdirilib.

Media hüququ eksperti, hüquqşünas Ələsgər Məmmədli bildirdi ki, ilkin mənbədən informasiya alınmasında problemlər var. İctimai məlumatların açıq olduğunu deyən Ə.Məmmədli qeyd etdi ki, dövlət qurumları istənilən halda gizli sayılmayan informasiyaları açıqlamalıdırlar. "İnformasiya əldə etmək haqqında qanunda hansı məlumatların açıqlanması və nə zamana kimi cavablandırılması yer alıb. Bununla yanaşı, informasiya sorğusuna cavab gəlmədikdə qarşı tərəfin məhkəməyə müraciət etmək hüququ var. İnzibati Xətalar Məcəlləsində buna görə, cərimələr də müəyyənləşdirilib", – deyə o vurğuladı.
Ayna, 15.12.2006

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV