Bakıda «E-hökumət: problemlər və həllər» mövzusunda seminar keçirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) «E-hökumət: problemlər və həllər» mövzusunda Cisco şirkətinin dəstəyi ilə birgə seminar keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, seminarın keçirilməsində məqsəd Cisco şirkətinin elektron hökumətin formalaşması üzrə təcrübəsi ilə tanış olmaq və onların bu təcrübəsinin Azərbaycanda tətbiqi imkanlarını müzakirə etməkdir. Seminarı giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov respublika Prezidenti İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında Rabitə və İnformasiya Texnologiyalarının inkişafı üzrə (2005-2008-ci illər) Dövlət Proqramı (Elektron Azərbaycan)» çərçivəsində görülən işlər haqqında ümumi məlumat verib. Nazir qeyd edib ki, ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində dünyanın tanınmış şirkətlərin Azərbaycanın qeyri-neft sektoruna marağı artır. Artıq ölkəmizdə İKT üzrə tanınan şirkətlər öz nümayəndəliklərini açıb və bu sahədə əməkdaşlıqlarını genişləndirir.
APA