Sabunçu Rayon İcra Hakimiyyəti www.sabunchu-ih.com domen adlı İnternet resursu gərəkli məlumatlar
baxımından zəngin sayt hesab etmək olar. Gərəkli bilgilərlə yanaşı cari informasiyaların yerləşdirilməsi diqqətdən
qaçmır. Amma quruma daha öncə rəhbərlik etmiş şəxslər haqqında, şəffaflıq baxımından gərəkli olan büdcə bilgiləri,
tender və yarışmalar, işə qəbullla bağlı bilgilər saytda yer almamışdır. Sayt görünüşünə görə aşağıdakı kimidir.
1. Rayon haqqındakı tam və dolğun bilgilər saytda öz əksini tapır. Qurum haqqında verilmiş məlumatı,icra
hakimiyyətinin başçısı haqqındakı bilgiləri yetərli hesab etmək olar. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş
şəxslər barədə və qurumun əsasnaməsi haqqında isə heç bir məlumat saytda əks etdirilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları göstərilir. Lakin
qurumunun ünvanının marşrut və sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında
bilgilər təqdim edilmir.
3. Qurumun strukturunun sxemi, qurumunun alt bölmələri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə
saxlamaq üçün imkanlar təqdim olunsa da, struktur bölmələrinin səlahiyyət çərçivələri və struktur bölmələrinin dəqiq
(tam) ünvanları barədə bilgilərə rast gəlinmir.
4. Rəhbər və rəhbər işçilər haqqında verilən bilgilər sırasında icra hakimiyyətinin başçısının bioqrafiyası, rəhbər
və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim
edilir. Yəni bu bölməni yetərli saymaq olar. Burada çatışmayan yalnız struktur bölmələrinin rəhbərləri haqqında
bioqrafik bilgilərdir.
5. Cari informasiyalar baxımından saytda daimilik nəzərə çarpır. Lakin qurumdaxili əmrlər, sərəncamlar, qərarlar və
rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər təqdim edilmir.
6. Ümumi dövlət büdcəsi ilə bağlı qurumun büdcəsi, onun icrası, büdcədənkənar daxilolmalar və onların
istiqamətləri barədə informasiyalar əks etdirilmir.
7. Saytda nə qurumunun təklif etməli olduğu mütləq və əlavə xidmətlər, nə elektron formada təklif olunan xidmətlər,
nə də qaynar xətt barədə məlumat verilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı heç bir bilgi verilmir.
9. Təəssüf ki, qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat yoxdur.
10. Vətəndaşların qəbulu ilə bağlı qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və
saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər saytda öz əksini tapsa da, vəzifəli şəxslər tərəfindən
vətəndaşların qəbul norma və qaydaları və qurumda vətəndaşların qəbul qaydaları barədə heç bir bilgiyə rast
gəlinmir.
11. Tender və yarışmalar haqqında saytda hər hansı bir bilgi verilmir.
12. Sayt texniki imkanlar baxımından normal sayıla bilər. Saytda onlayn müraciət forması təqdim olunsa da abunə
imkanı və sayt daxilində axtarış mövcud deyil.