Azərbaycan Respublikası Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az ünvanlı İnternet saytı daxilindəki iki qht.xeber.az və e-qht.az saytlarının zənginliyi ilə dərhal diqqəti cəlb edir. Üstəlik, e-xidmətlər üçün ayrıca- e-qht.az saytının fəaliyyət göstərməsi də onun üstünlüklərindən biridir. Bununla belə, saytda bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar yetərli sayılacaq qədərdir. Amma yaxşı olardı ki, Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lərin siyahıları da saytda əksini tapaydı.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi tövsiyələr sırasındadır.
3. Qurumun strukturu haqqında bilgilərin təqdim edildiyi üçün əlavə tövsiyyəyə ehtiyac yoxdur. Amma alt qurumlar haqqında məlumatların yoxluğu o dəqiqə hiss olunur.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, həmçinin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilər təqdim edildiyi üçün əlavə tövsiyə olunmur.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda geniş şəkildə əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar kifayət qədər olduğu üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.
8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin verilməsi tövsiyə olunur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər təqdim edildiyi üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı verilmiş bilgilər dolğun olduğu üçün əlavə tövsiyəyə gərək duyulmur.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər əks etdirildiyi üçün əlavə tövsiyə olunmur.
13. Saytın texniki imkanları sırasına abunə imkanı da əlavə olunsaydı yaxşı olardı. Qurumun saytının sosial şəbəkələrdə səhifəsinin mövcud olması və aktivliyi təqdirəlayiq haldır.