Şamaxı Rayon İcra Hakimiyyəti www.shamaxi-ih.com domen adlı İnternet resursu gərəkli məlumatlar baxımından
qismən zəngin sayt hesab etmək olar. Quruma daha öncə rəhbərlik etmiş şəxslər haqqında, şəffaflıq baxımından
gərəkli olan büdcə bilgiləri, tender və yarışmalar, işə qəbulla bağlı bilgilər saytda yer almamışdır. Sayt görünüşünə görə
aşağıdakı kimidir.
1. Rayon haqqındakı bilgilər saytda öz əksini tapır. İcra hakimiyyətinin başçısı haqqında bioqrafik bilgi verilib.
Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə və qurumun əsasnaməsi haqqında isə heç bir məlumat
saytda əks etdirilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları, qurumunun ünvanının
marşrut və sxemi göstərilir. Lakin quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilər
təqdim edilmir.
3. Qurumun strukturunun sxemi, qurumunun alt bölmələri, struktur bölmələrinin rəhbərləri və onlarlın bəziləri ilə əlaqə
saxlamaq üçün imkanlar təqdim olunsa da, struktur bölmələrinin səlahiyyət çərçivələri və struktur bölmələrinin dəqiq (tam)
ünvanları barədə bilgilərə rast gəlinmir.
4. Rəhbər və rəhbər işçilər haqqında verilən bilgilər sırasında rəhbər və ayrı-ayrı struktur bölmələrinin bəzi rəhbərləri ilə
əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Yəni bu bölməni yetərli saymaq olar. Burada
çatışmayan yalnız struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərdir.
5. Cari informasiyalar baxımından saytda daimilik nəzərə çarpır. Saytda rayonda fəaliyyət gğstərən ictimai-siyasi
qurumlar haqqında bilgilər təqdim edilir. Lakin qurumdaxili əmrlər, sərəncamlar, qərarlar və media qurumları haqqında
informasiyalara rast gəlinmir.
6. Ümumi dövlət büdcəsi ilə bağlı qurumun büdcəsi, onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri
barədə informasiyalar əks etdirilmir.
7. Rayon İcra Hakimiyyəti tərəfindən təklif edilən xidmətlər sırasında ancaq onlayn müraciət imkanı yer almışdır.
Saytda nə qurumunun təklif etməli olduğu mütləq və əlavə xidmətlər, nə elektron formada təklif olunan xidmətlər, nə də
qaynar xətt barədə məlumat verilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı heç bir bilgi verilmir.
9. Təəssüf ki, qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat yoxdur.
10. Vətəndaşların qəbulu ilə bağlı qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və
saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər saytda öz əksini tapsa da, vəzifəli şəxslər tərəfindən
vətəndaşların qəbul norma və qaydaları və qurumda vətəndaşların qəbul qaydaları barədə heç bir bilgiyə rast gəlinmir.
11. Tender və yarışmalar haqqında saytda hər hansı bir bilgi verilmir.
12. Sayt texniki imkanlar baxımından normal sayıla bilər. Saytda onlayn müraciət forması təqdim olunsa da abunə
imkanı və sayt daxilində axtarış mövcud deyil.