19 Sentyabr 2006 – cı il
İNFORMASİYA SORĞUSU
Sorğunun ünvanlandığı informasiya sahibi: |
Azərbaycan Respublikası Milli Məclisinin Aparatı (rəhbəri cənab Səfa Mirzəyev) |
Ünvan: |
Bakı şəhəri, Parlament küçəsi, 1 |
Sorğuçu: |
Müşfiq Tahirov, Azərbaycan Respublikasının vətəndaşı |
Ünvan: |
AZ1130, Bakı şəhəri, Azadlıq prospekti, ev 172, mənzil 152 |
Telefon : |
+994 12 461-33-18; +994 50 670-41-85 |
e-mail: |
mushfig_tahir@yahoo.com |
Hörmətli cənab Mirzəyev,
Milli Məclisdə keçirilən açıq səsvermələrin adbaad nəticələri hər bir Azərbaycan vətəndaşı üçün böyük əhəmiyyət kəsb edir. Məhz bu adbaad nəticələrlə tanışlıq seçiciyə imkan verir ki, deputatın onu necə təmsil etdiyini qiymətləndirə bilsin.
Azərbaycan Respublikası qanunvericilik aktlarının heç birində açıq səsvermələrin adbaad nəticələri məhdudlaşdırılan informasiya təsnifləşdirməsinə daxil deyil və beləliklə ictimai informasiyadır. Təəssüf ki, sözügedən informasiya Milli Məclisin rəsmi nəşrlərində, elektron İnternet səhifəsində, yaxud da kitabxanasında ictimaiyyətə açıqlanmır. Bu isə, vətəndaşların onu sorğu vermədən əldə etmək imkanlarını heçə endirir.
Konstitusiyanın 50-ci maddəsinin və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun mənə verdiyi hüquqları əsas tutaraq, III çağırış Milli Məclisdə keçirilən bütün açıq səsvermələrin adbaad nəticələrinin mənə verilməsinin təmin edilməsini xahiş edirəm.
İnformasiyanın təqdim edilmə formasına gəldikdə isə, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsində göstərilmiş formalardan biri və ya bir neçəsi mənim üçün məqbuldur:
“14.1.3. informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi;
14.1.4. sorğuçunun öz texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması;
14.1.7. sənədin surətinin elektron daşıyıcılara köçürülməsi və s.”
Hörmətlə,
Müşfiq Tahirov
Qeyd : Sorğu təmin edilmədiyindən sorğuçu 25 Dekabr 2006-cı il tarixdə məhkəməyə müraciət edib.