Gəncə Şəhər İcra Hakimiyyəti www.ganja-ih.com domen adlı İnternet resursu gərəkli məlumatlar baxımından zəngin
sayt hesab etmək olar. Amma cari informasiyaların yerləşdirilməsindəki fasilələr diqqətdən qaçmır, quruma daha öncə
rəhbərlik etmiş şəxslər haqqında, şəffaflıq baxımından gərəkli olan büdcə bilgiləri, tender və yarışmalar, işə qəbulla bağlı
bilgilər saytda yer almamışdır. Sayt görünüşünə görə aşağıdakı kimidir.
1. Şəhər haqqındakı tam və dolğun bilgilər saytda öz əksini tapır. İcra hakimiyyətinin başçısı haqqında bioqrafik bilgi
verilib, Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə və qurumun əsasnaməsi haqqında isə heç bir
məlumat saytda əks etdirilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları, qurumunun ünvanı
göstərilir. Lakin qurumun marşrut və sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında
bilgilər təqdim edilmir.
3. Qurumun strukturunun sxemi, qurumunun alt bölmələri, struktur bölmələrinin rəhbərləri və onlarlın bəziləri ilə əlaqə
saxlamaq üçün imkanlar təqdim olunsa da, struktur bölmələrinin səlahiyyət çərçivələri və struktur bölmələrinin dəqiq (tam)
ünvanları barədə bilgilərə rast gəlinmir.
4. Rəhbər və rəhbər işçilər haqqında verilən bilgilər sırasında rəhbər və ayrı-ayrı struktur bölmələrinin bəzi rəhbərləri ilə
əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Yəni bu bölməni yetərli saymaq olar. Burada
çatışmayan yalnız bəzi struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərdir.
5. Cari informasiyalar baxımından saytda daimilik nəzərə çarpmır. Qurumdaxili əmrlər, sərəncamlar, qərarlar və
rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər təqdim edilmir.
6. Ümumi dövlət büdcəsi ilə bağlı qurumun büdcəsi, onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri
barədə informasiyalar əks etdirilmir.
7. Şəhər İcra Hakimiyyəti tərəfindən təklif edilən xidmətlər sırasında ancaq onlayn müraciət imkanı yer almışdır.
Saytda nə qurumunun təklif etməli olduğu mütləq və əlavə xidmətlər, nə elektron formada təklif olunan xidmətlər, nə də
qaynar xətt barədə məlumat verilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı heç bir bilgi verilmir.
9. Təəssüf ki, qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat yoxdur.
10. Vətəndaşların qəbulu ilə bağlı qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və
saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər saytda öz əksini tapsa da, vəzifəli şəxslər tərəfindən
vətəndaşların qəbul norma və qaydaları və qurumda vətəndaşların qəbul qaydaları barədə heç bir bilgiyə rast gəlinmir.
11. Tender və yarışmalar haqqında saytda hər hansı bir bilgi verilmir.
12. Sayt texniki imkanlar baxımından normal sayıla bilər. Saytda onlayn müraciət forması təqdim olunsa da abunə
imkanı və sayt daxilində axtarış mövcud deyil.