Tuesday 19th October 2021,

2013

Ξ Leave a comment

Şirvan Şəhər İcra Hakimiyyəti www.shirvan-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Şirvan Şəhər İcra Hakimiyyəti www.shirvan-ih.gov.az  domen adlı İnternet saytının monitorinqinin yekunu   /İCMAL/

Şirvan Şəhər İcra Hakimiyyəti  www.shirvan-ih.com domen adlı İnternet resursu gərəkli məlumatlar baxımından zəngin

sayt hesab etmək olar. Amma cari informasiyaların yerləşdirilməsindəki fasilələr diqqətdən qaçmır, quruma daha öncə

rəhbərlik etmiş şəxslər haqqında, şəffaflıq baxımından gərəkli olan büdcə bilgiləri, tender və yarışmalar, işə qəbulla bağlı

bilgilər saytda yer almamışdır.  Sayt görünüşünə görə aşağıdakı kimidir.

1.    Şəhər haqqındakı tam və dolğun bilgilər saytda öz əksini tapır. İcra hakimiyyətinin başçısı haqqında bioqrafik bilgi

verilib, Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə və qurumun əsasnaməsi haqqında isə heç bir

məlumat saytda əks etdirilmir.

2.    Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları,  qurumunun ünvanı

göstərilir. Lakin qurumun marşrut və sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında

bilgilər təqdim edilmir.

3.    Qurumun strukturunun sxemi, qurumunun alt bölmələri, struktur bölmələrinin rəhbərləri və onlarlın bəziləri ilə əlaqə

saxlamaq üçün imkanlar təqdim olunsa da, struktur bölmələrinin səlahiyyət çərçivələri və struktur bölmələrinin dəqiq (tam)

ünvanları barədə bilgilərə rast gəlinmir.

4.    Rəhbər və rəhbər işçilər haqqında verilən bilgilər sırasında rəhbər və ayrı-ayrı struktur bölmələrinin bəzi rəhbərləri ilə

əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Yəni bu bölməni yetərli saymaq olar. Burada

çatışmayan yalnız bəzi struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərdir.

5.    Cari informasiyalar baxımından saytda daimilik nəzərə çarpmır. Qurumdaxili əmrlər, sərəncamlar, qərarlar və

rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər təqdim edilmir.

6.    Ümumi dövlət büdcəsi ilə bağlı qurumun büdcəsi, onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri

barədə informasiyalar əks etdirilmir.

7.     Şəhər İcra Hakimiyyəti tərəfindən təklif edilən xidmətlər sırasında ancaq onlayn müraciət imkanı yer almışdır.

Saytda nə qurumunun təklif etməli olduğu mütləq və əlavə xidmətlər, nə elektron formada təklif olunan xidmətlər, nə də

qaynar xətt barədə məlumat verilmir.

8.    Boş iş yerləri və işə qəbulla bağlı heç bir bilgi verilmir.

9.    Təəssüf ki, qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat yoxdur.

10.    Vətəndaşların qəbulu ilə bağlı qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və

saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər saytda öz əksini tapsa da, vəzifəli şəxslər tərəfindən

vətəndaşların qəbul norma və qaydaları və qurumda vətəndaşların qəbul qaydaları barədə heç bir bilgiyə rast gəlinmir.

11.    Tender və yarışmalar haqqında saytda hər hansı bir bilgi verilmir.

12.    Sayt texniki imkanlar baxımından normal sayıla bilər. Saytda onlayn müraciət forması təqdim olunsa da abunə

imkanı və sayt daxilində axtarış mövcud deyil.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV