Thursday 21st November 2024,

Xəbərlər

Ξ Leave a comment

Milliləşdirilmiş domen adlarının (azər.net, xəbər.az və s.) Azərbaycan İnternetində istifadəsinin mümkünlüyü müzakirə olunub

posted by

11 aprel  2007Press-reliz

Azərbaycan İnternet Forumunun

Məlumatı

  Azərbaycan İnternet Forumunun  növbəti toplantısı keçirilib.

Toplantıda  Milliləşdirilmiş domen adlarının (azər.net, xəbər.az və s.) Azərbaycan İnternetində istifadəsinin mümkünlüyü, RİTN tərəfindən rabitə tariflərinin qaldırılması və tariflərdə struktur  dəyişikliyi edilməsi haqqında Tarif şurasına  göndərdiyi Təklif, AİF-in nəzdində CİSCO Lokal Akademiyasının yaradılması haqqında  və digər  məsələlər müzakirə edilib.

Toplantıda AİF üzvü  Emin Hüseynovun “Milliləşdirilmiş domen adları” mövzusunda təqdimatı olub.

Beynəlxalq  aləmdə artıq  ayrı-arı ölkələrə məxsus milli əlifbalar üzrə  domen adlarının qeydiyyatı prosesinin başlanıldığı bildirilib. Toplantıda bu tip  domen adlarının qeydiyyatının texnoloji, təşkilati və hüquqi  aspektləri ətrafında müzakirələr  aparılıb. Bu  cür domen  adlarından istifadə zamanı milli internet  seqmenti və xarici internet istifadəçiləri üçün müxtəlif yanaşmalar ola  biləcəyi  vurğulanıb. Milliləşdirilmiş domen adlarını yalnız  alternativ, əlavə  domen adı kimi istifadəsinin əhəmiyyətli olacağı haqqında  fikirlər  səslənib. Bu məsələdə Azərbaycan İnternetinin maraqlarını əsas tutulmasının zəruriliyi qeyd edilib. Toplantıda  AİF növbəti yığıncağında bu məsələnin yenidən müzakirə edilərək geniş ictimaiyyətə  təqdim edilməsi haqqında ümumi razılıq  əldə olunub.

AİF –in toplantısında RİTN-in rabitə tariflərinin qaldırılması  və bu sahədə struktur  dəyişikliyi ilə bağlı  Təklifləri ətrafında müzakirələr  aparılıb.  Telefon danışıq  haqlarının  vaxthesabı üsula keçirilməsi ədalətli  hesab olunsa da   ölkədə hələlik bununla  bağlı şəraitin yetişmədiyi  bildirilib. Xüsusən ölkənin internet istifadəçilərinin böyük əksəriyyətinin mövcud  telekommunikasiya  şəbəkəsindən istifadə etdiyi bir  zamanda  bunun İnternetin inkişafı üçün müəyyən təhlükələr  törədə biləcəyi  vurğulanıb. Rabitə  xidmətləri  sahəsində əhalinin sərbəst seçim imkanlarının yetərincə  formalaşmadığı  bildirilib. Keyfiyyətli  xidmət  üçün infrastrukturun inkişafı ilə bərabər, istehlakçıların maraqların qorunmasının da  vacib olduğu önə  çəkilib. AİF-in  rabitə tarifləri ilə bağlı  RİTN-ə  və Tarif Şurasına  göndərdiyi Təkliflərin dəstəklənməsi istiqamətində işlərin davam etdirilməsi,  bununla  bağlı Tarif Şurasında  keçiriləcək müzakirələrdə iştirak edilməsi məqsədəuyğun hesab edilib.

AİF-in toplantısında yeni üzvlərin  qəbulu, növbəti toplantının gündəliyi və bir  sıra  cari məsələlər də müzakirə olunub.

AİF

Tel :    492-44-44

Veb:   www.cit.az

Email: info@cit.az

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV