25 iyun tarixdə “Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat” mövzusunda Dəyirmi Masa keçiriləcək.
Tədbir Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura və Multimedia Mərkəzi tərəfindən təşkil olunur.
Tədbir VXSİ Dövlət Agentliyi və Elektron Hökumət Portalı ilə əməkdaşlıq şəraitində keçiriləcək.
Tədbirdə VSXİ Dövlət Agentliyi və Elektron hökumət portalı nümayəndələrin, həmçinin Multimedia Mərkəzinin direktoru və Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın kordinatoru Osman Gündüzün təqdimatları nəzərdə tutulur
Dəyirmi Masada mövcud elektron xidmətlərdən istifadənin populyarlıq səviyyəsi, elektron xidmətlərin təqdim edilməsi prosesində vətəndaşların rahatlığı və xidmətin operativliyinin təmin edilməsi, rəsmi saytlarda xidmətin keyfiyyətinin vətəndaş tərəfindən qiymətləndirilməsi imkanlarının mövcudluğu, vətəndaşlar arasında elektron xidmətlərlə bağlı məlumatlılıq səviyyəsi ətrafında müzakirələr aparılacaq.