Tuesday 03rd December 2024,

2007

Ξ Leave a comment

“İctimai informasiyaların açıqlanmasının aktual problemləri və onların həlli sahəsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusunda Dəyirmi Masa keçirilib

posted by

06. 06. 2007       
                                            Multimedia 
                       İnformasiya Sistemləri və Texnologiyaları  
                                         Mərkəzinin 
                                                                 
                                           Məlumatı
 
     06 iyun  2007- ci il  tarixdə  “İnformasiya Azadlığının İnkişafı “ Koalisiyasının aparıcı qurumu olan Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən “İctimai informasiyaların açıqlanmasının aktual problemləri və onların həlli sahəsində  vətəndaş  cəmiyyətinin rolunun  gücləndirilməsi” mövzusunda Dəyirmi Masa keçirilib.     
    Dəyirmi Masa  Counterpart International təşkilatı tərəfindən dəstəklənən “Vətəndaşların informasiya  azadlığının gerçəkləşməsinə  dəstək” Layihəsi  çərçivəsində həyata keçirilir.
     Dəyirmi Masada Multimedia Mərkəzinin direktoru, Layihənin rəhbəri  Osman Gündüzün, Layihənin  ekspertləri Ələsgər  Məmmədlinin, Azər Həsrətin və  Vüqar Tofiqlinin  mövzu ətrafında təqdimatları olub. Dəyirmi Masada həmçinin  dövlət orqanlarının internet  resurslarından informasiyaların əldə edilməsi vəziyyətini qiymətləndirmək üçün Koalisiya tərəfindən hazırlanan “Dövlət orqanlarının internet resurslarının monitorinqinin METODOLOGİYASI” təqdim olunub.
     Dəyirmi Masada İnformasiya  Texnologiyaları İnstitutunun direktoru AMEA-nın müxbir  üzvü  Rasim Əliquliyev,  Müstəqil Hüquq Mərkəzinin rəhbəri Aydın Kərimov, Gənc Yazarlar Birliyinin rəhbəri, kulturoloq Aydınxan Əbilov, İTV-nin Elm və Təhsil Departamentinin rəhbəri Cəsarət Valehov, RİTN-in İnformasiya  Cəmiyyətinin İnkişafı  Departamentinin rəhbəri Rüfət Gülməmmədov, Təhsil Nazirliyinin nümayəndəsi Ceyhun Məmmədov , İnKoTEX ictimai  Birliyindən Firudin Əhmədov, Qəsəbə Bələdiyyələri Assosiasiyasının Departament  rəhbəri Tofiq Həsənov, Veb dizayner Cahid Novruzov, MEGA şirkətinin  meneceri  Qabil Qasımov, Sabiq  millət  vəkili Rizvan Cəbiyev, Neft Akademiyasının dosenti Nazim Rüstəmov  və digərləri  çıxış  ediblər
     Dəyirmi  Masada , kifayət  qədər normal olan İnformasiya  əldə  edilməsi  haqqında  Qanunun tələblərinin yerinə yetirilməsi  üzərində  vətəndaş  cəmiyyətinin ictimai  nəzarətinin gerçəkləşdirilməsi istiqamətində  atılan  bu  cür addımların zəruri  və faydalı olduğu  bildirilib. Dövlət  orqanlarının İnternet  resurslarının  fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində   səmərəli  təkliflər  irəli  sürülüb. Dövlət  orqanlarının informasiya  açıqlığı  vəziyyətinin daha  da  qabarıq   və dəqiq  analiz  edilməsi  üçün  Metedologiyanın təkmilləşdirilməsinin  vacibliyi də  vurğulanıb. Təhlükəsizlik, statistika  və texniki-texnoloji standartlar  məsələsinə  əməl  edilməsinin vacibliyi  qeyd  olunub. Qanunun icrasına  nəzarət məqsədilə yaradılmalı olan İnformasiya müvəkkili institutunun formalaşmamağından da  narahatçılıq  bildirilib. Elektron Azərbaycan  dövlət  proqramının icrası prosesinə  vətəndaş  cəmiyyətinin  cəlb edilməsi, ümumiyyətlə  cəmiyyətin bütün sahələrinə tətbiq istiqamətində bu Proqramda konkret  tədbirlərin nəzərdə tutulması, onun maliyyə  təminatının yaxşılaşdırılması istiqamətində  təkliflər irəli sürülüb.
     Dəyirmi Masada hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq  təşkilatların  nümayəndələri  iştirak edib.   
                                                                        
Multimedia Mərkəzi
Tel: 492 44 44 
www.informasiya.org
info@informasiya.org

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV