Sunday 24th November 2024,

2015

Ξ Leave a comment

Gənclər və İdman Nazirliyinin www.mys.gov.az domen adlı İnternet saytının təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Gənclər və İdman Nazirliyinin www.mys.gov.az domen adlı İnternet saytının təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin www.mys.gov.az domen adlı İnternet saytının texniki imkanları və funksionallığı öz yerindədir. Burada diqqət çəkən məqamlardan biri də ayrıca e-xidmətlər bölməsinin olmasıdır. Sayt demək olar ki, bəzi bölmələr istisna olmaqla dolğunluğu ilə fərqlənir. Lakin qurumun saytında quruma gəlmək üçün marşrut və nəqliyyat, regional strukturların ünvanları, regional strukturların  əlaqə vasitələri, sahə işçilərinin tarif stavkası, tender və yarışmaların nəticələri, büdcə və onun icrası, büdcədənkənar daxilolmalarla bağlı heç bir məlumata rast gəlinmir. Bundan başqa, yaxşı olardı ki, Gənclər və İdman Nazirliyinin saytında adları qeyd olunan 24 idman federasiyalarının saytlarına nazirlyin saytından birbaşa keçid veriləydi. Çünki, nazirliyin saytında tabeli qurumların nə ünvanları, nə rəhbərliyi, nə də onlarla əlaqə vasitələri göstərilməyib.  Nazirliyin regional şöbələri haqda da bunu söyləmək olar ki, heç bir rayon təşkilatı haqda məlumat təqdim edilmir. Bundan başqa, Olimpiya Komlekslərindən bəzilərinin ünvan və əlaqə vasitəsi təqdim olunsa da, regionlarda fəaliyyət göstərən olimpiya komplekslərindən bəziləri haqda ümumiyyətlə heç bir bilgiyə rast gəlinmir. Buna görə də saytı dolğun saymaq olmur. Bu məlumatlar da göstərilsəydi sayt tam dolğun olardı. Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1.         Qurum ilə bağlı məlumatlar yetərli sayıla biəcək qədərdir. Bunun üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.

2.         Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini, yəni, telefon, faks, onlayn müraciət, qaynar xətt, çoxlu sayda e-poçtlar təqdim olunur, lakin quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat, qurumun marşrut və sxemi barədə bilgilər göstərilmədiyi üçün bu sahənin dolğunlaşdırılması tövsiyə olunur.

3.         Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri  haqqında bilgilər təqdim edilmişdir. Burada  çatışmayan bilgi qurumun regional şöbələrinin ünvanları, rəhbərləri və əlaqə vasitələri, həmçinin idman federasiyaları haqdadır. Bu bölmələrin də doldurulması tövsiyə olunur.

4.         Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar əks etdirilsə də, nə rəhbərin müavinlərinin, nə digər struktur bölmələrinin və nə də regional şöbələrin rəhbərləri haqda məlumatlar təqdim olunmur. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirilmədiyini nəzərə alsaq bu sahədə də bilgilərin yetərli səviyyəyə gətirilməsi tövsiyə olunur.

5.         Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), natamam təqdim olunur. Qurumun həyata keçirdiyi proqram və layihələr barədə isə məlumatlar təqdim olunur. Bu sahədə tövsiyə qurumdaxili əmrlərin təqdimatı ilə bağlıdır.

6.         Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim olunmamışdır. Buna görə də  yaxşı olardı ki, qurumun büdcəsi və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yer alsın.

7.         Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Buna görə də əlavə tövsiyəyə gərk duyulmur.

8.         Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar və boş iş yerləri haqqında elanlar təqdim edilmədiyi üçün tövsiyə olunur ki, bu bölmə dolğun təqdim edilsin.

9.         Sahə işçilərinin əmək haqları barədə isə saytda heç bir bilgiyə rast gəlinmir. Bu bilgilərin də saytda yer alması tövsiyə olunur.

10.       Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatlar da təqdim olunan bilgilər sırasındadır. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.

11.       Növbəti tövsiyə tender və yarışmaların keçirilmə qaydaları, elanların arxivi, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri barədə olan məlumatların saytda yer alması ilə bağlıdır.

12.       Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqda bunu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapmışdır.  Həmçinin bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri haqqında məlumatların da saytda yerləşdirilməsi tövsiyələr sırasındadır.

13.       Saytın texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi tövsiyələr sırasındadır. Həmçinin, qurumun sosial şəbəkələrdən fasebook sosial şəbəkəsində olan səhifələrinin  aktivləşdirilməsi də tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV