Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının www.human.gov.az ünvanlı İnternet saytına baxarkən belə təəssürat yaranır ki, sanki sayt hazırlıq ərəfəsindədir. Lakin saytın 2013-cü ildən üzü bu yana belə qalması heç də hazırlıq ərəfəsində olduğundan xəbər vermir. Saytda erməni vəhşilikləri, işğal, soyqırım, erməni terrorizmi, əsir, girov və itkin düşmüşlər bölmələri olsa da, sayt natamam təsir bağışlayır. Bununla belə, sayt qismən tələbatlara cavab verir. Ona görə də aşağıda bu istiqamətdə tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalara, qurumun tarixi, rəhbəri və rəhbərliyi barədə bilgilərin əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün bütün vəzifəli şəxslərlə əlaqə üçün e-poçt ünvanlarının və quruma getmək üçün ictimai nəqliyyat barədə bilgilərin saytda əks etdirilməsi tövsiyə olunur.
3. Qurumun strukturunun sxemi və aparat barədə bilgilərin, regional bölmələr (əgər varsa) və onlarla əlaqə imkanları haqqında bilgilərin, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri barədə bilgilərin və qurumun tabeliyindəki informasiya sistemləri barədə ayrıntılı məlumatların verilməsi tövsiyələr sırasındadır.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, müavinlərin və başqa rəhbər şəxslərin bioqrafiyaları və əks əlaqə imkanlarının da təqdim edilməsi növbəti tövsiyələrdəndir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamaların operativliyinin gözlənilməsi yaxşı olardı. Yəni, məlumatların yenilənməsinə ciddi ehtiyac var. Həmçinin, qurumdaxili əmr və qərarların, onların reyestrinin saytda əks etdirilməsi tövsiyələr sırasındadır.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında məlumatlar təqdim olunduğu üçün bu barədə tövsiyəyə ehtiyac yoxdur. Lakin qaynar xəttin daxil edilməsi tövsiyə olunur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.
9. Növbəti tövsiyə isə sahə işçilərinin əmək haqları barədə bilgilərin saytda əks etdirilməsi ilə bağlıdır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında informasiya natamam təqdim edildiyi üçün bu sahənin dolğunlaşdırılması tövsiyə olunur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı da heç bir məlumata rast gəlinmir. Eyni tövsiyə bu sahəyə də şamil olunur.
12. Dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
13. Saytın texniki imkanları sırasına abunə imkanının əlavə edilməsi və sosial şəbəkələrdə səhifəsinin hazırlanması tövsiyələr sırasındadır.