Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin www.eco.gov.az domen adlı İnternet saytının təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin www.eco.gov.az domen adlı İnternet saytının təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin www.eco.gov.az domen adlı İnternet saytı, monitorinqdə də qeyd etdiyimiz kimi, çox geniş bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Burada diqqət çəkən məqamlardan biri də ayrıca e-xidmətlər bölməsinin olmasıdır. Sayt demək olar ki, bütün bölmələr üzrə dolğunluğu ilə fərqlənir. Lakin qurumun saytında sahə işçilərinin tarif stavkası, tender və yarışmaların nəticələrinin mübahisəli həlli qaydaları, büdcədənkənar daxilolmalarla bağlı heş bir məlumata rast gəlinmir. Bu məlumatlar da göstərilsəydi sayt tam dolğun olardı.

Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1.         Qurum ilə bağlı məlumatlar kifayət qədər dolğun olduğu üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.

2.         Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini, yəni, telefon, faks, onlayn müraciət, qaynar xətt, çoxlu sayda e-poçtlar, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat, qurumun marşrut və sxemi barədə ayrıca bilgilər verildiyi üçün bu sahədə də heç bir tövsiyə verilmir.

3.         Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri  haqqında bilgilər təqdim edilmişdir. Bu baxımdan əlavə tövsiyəyə gərək duyulmur.

4.         Rəhbər işçilər, onlarla əks əlaqələr, həmçinin rəhbərin və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirildiyini nəzərə alsaq bu sahədə də əlavə tövsiyəyə ehtiyac yoxdur.

5.         Qurumun cari fəaliyyəti haqqında da bütün bilgilər saytda yer aldığından əlavə tövsiyə verilmir.

6.         Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim olunmuşdur. Ancaq burada büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların da əks etdirilməsi tövsiyə olunur.

7.         Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Bu üzdən də əlavə tövsiyə verilmir.

8.         Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar və boş iş yerləri haqqında elanlar təqdim edildiyi üçün əlavə tövsiyəyə gərək yoxdur.

9.         Sahə işçilərinin əmək haqları barədə isə saytda heç bir bilgiyə rast gəlinmir. Bu barədə bilgilərin saytda yer alması tövsiyə olunur.

10.       Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatlar da təqdim olunan bilgilər sırasındadır. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.

11.       Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi haqqında kifayət qədər geniş məlumatlar saytda yer almışdır. Burada çatışmayan yalnız tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərdir ki, bu da əlavə edilsəydi sahə dolğunlaşmış olardı.

12.       Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqda da heç bir tövsiyəyə ehtiyac duyulmur.

13.       Saytın texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi tövsiyələr sırasındadır. Həmçinin, qurumun sosial şəbəkələrdən facebook sosial şəbəkəsində olan səhifəsinin aktivləşdirilməsinə ehtiyac var.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV