Saturday 20th April 2024,

2015

Ξ Leave a comment

Məhkəmə-Hüquq Şurasının www.jlc.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Məhkəmə-Hüquq Şurasının www.jlc.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının www.jlc.gov.az ünvanlı İnternet saytı demək olar ki, bir çox tələblərə cavab verir. Saytda  bir çox bölmələr dolğundur. İstifadə rahatlığı və düzənləmə baxımından bu resursu yetərli səviyyədə dəyərləndirmək olar. Lakin saytda çatışmayan məlumatlar da az deyil. Məsələn, Məhkəmə Hüquq Şurasına işə qəbulun hüquqi bazası, boş vakant yerlərin təqdimatına rast gəlmədik. Həmçinin, rəhbər işçilərin tarif stavkası, tender elanları, qurumun büdcəsi, büdcədənkənar daxilolmalar haqda məlumatlar da çatışmır. Saytın sosial şəbəkələrdən heş birində səhifəsi mövcud deyil.

Ona görə də aşağıda bu istiqamətdə bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurumun tarixi və rəhbərləri, kollegiya, strukturu, əsasnamə və təlimatlar barədə ətraflı bilgilər verildiyi üçün əlavə tövsiyəyə gərək duyulmur.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün bütün bilgilər dolğun şəkildə təqdim edilir. Burada yalnız elektron müraciət bölməsinin fəaliyyət göstərməsi tövsiyə olunur.

3. Qurumun strukturu haqqqında, strukturun sxemi və aparat barədə bilgilərin, regional bölmələr və onlarla əlaqə imkanları haqqında bilgilərin, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri barədə bilgilərin və qurumun tabeliyindəki informasiya sistemləri barədə ayrıntılı bilgilərin verildiyi nəzərə alınmaqla burada da heç bir tövsiyə verilmir.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, müavinlərin və başqa rəhbər şəxslərin bioqrafiyaları və əks əlaqə imkanlarının da ayrıntılı şəkildə təqdim edilməsi əlavə tövsiyə söyləməyə ehtiyac olmadığını göstərir.

5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar aydın və dolğun təqdim edildiyi üçün, həmçinin, qurumdaxili əmr və qərarların və onların reyestrinin saytda yer aldığını nəzərə alsaq, bu sahədə də heç bir əlavə tövsiyə verilmir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər, büdcədənkənar daxilolmalarla bağlı məlumatların saytda yer alması tövsiyə olunur.

7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə təqdim edilmiş bilgilər sırasına  saytın ön hissəsində görünən yerdə vətəndaşların şikayət və təkliflərini bildirmək üçün qaynar xətt nömrəsinin əlavə edilməsi tövsiyə olunur.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında: işə qəbul qaydaları və boş iş yerləri haqqında məlumatlar, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar barədə məlumatların təqdim edilməsi tövsiyələr sırasındadır.

9. Rəhbər işçilərin tarif stavkası haqda bilgilərin də saytda yer alması tövsiyə olunur.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilər ətraflı təqdim edildiyi üçün bu sahədə də heç bir tövsiyə verilmir.

11. Tender və yarışmaların elanları, tenderlərin keçirilməsi qaydaları, elanların arxivi, tender və hərracların keçirilməsinin nəticələri ilə bağlı məlumatların saytda öz əksini tapması tövsiyə olunur.

12. Dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti haqqında bilgilər bir az ətraflı təqdim edilsəydi yaxşı olardı.

13. Saytın texniki imkanları sırasına abunə imkanının və sosial şəbəkələrdə səhifəsinin hazırlanaraq daxil edilməsi tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV