Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az ünvanlı İnternet saytı dolğunluğu və daxili məlumatların bolluğu və videosüjetlərin dolğunluğu ilə diqqəti cəlb edir. Məsələn, nazirliyin tarixi haqda hazırlanmış videosüjetdə nazirliyin tarixindən başqa, strukturu, fəaliyyət istiqamətləri haqda geniş məlumatlar mövcuddur. Saytda qaynar xəttin,  e-xidmətlərin təklif olunması təqdirəlayiq haldır. Saytın xəritəsində nazirliyin strukturu, nazirliyə tabe olan qurumlar və regional mərkəzlər göstərilmişdir. Tabe qurumların ayrı-ayrılıqda rəhbərləri, onlarla  əlaqə vasitələri və qurumların fəaliyyətini əks etdirən videosüjetlər hazırlanmışdır ki, bu da saytı zənginləşdirir.  Regional mərkəzlər haqda geniş bilgi verilir. Məsələn, regional mərkəzlərin yerləşdiyi ünvan, rəhbərliklə əlaqə və rəhbərlik haqda bioqrafik məlumatlar bolluğu var ki, bu da ziyarətçiyə çox yaxşı təsir bağışlayır. Bəzi sahələr üzrə bilgilərin verilməsini nəzərə almasaq, ümumilikdə sayt əla təsir bağışlayır. Barəsində məlumat verilməyən  sahələr isə bunlardır: qurumun büdcəsi haqqında məlumat, sahə işçilərinin əmək haqqı, tender və hərraclar haqqında heç bir bilginin olmaması, həmçinin nazirliyə getmək üçün nəqliyyat vasitələri, marşrutlar haqda məlumatın olmaması çatışmayan cəhətdir.

Beləliklə, saytın ümumi mənzərəsi aşağıdakı kimidir.

1. Qurum ilə bağlı təqdim edilmiş məlumatlar qaneedici sayılır. Video süjetlərin hazırlanması isə saytı zənginləşdirən cəhətlərdəndir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da yetərincə məlumarlar var.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası və əks əlaqə imkanları təqdim edilir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları da mövcuddur. Lakin bu bilgilər tam şəkildə təqdim edilmir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar hər gün yenilənir. Bu isə saytın aktiv fəaliyyətindən xəbər verir. Hətta bu haqda videosüjet də saytda öz əksini tapıb.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında  hadisələr bölməsində məlumatlar verilsə də, yəni, zəlzələ, sel-daşqınlarla bağlı xərclənən vəsaitlər göstərilsə də, qurumun sahə işçilərinin tarif stavkası ilə əlaqəli heç bir bilgi saytda əks etdirilmir.

7. Nazirliyin təklif etməli olduğu mütləq xidmətlər, elektron xidmətlər, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, həmçinin   işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilmir. Nazirlyin Akademiyasında işçilərin hazırlanması barədə bilgiyə rast gəlinsə də, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də saytda bilgi yə rast gəlinmir.

9. Sahə işçilərinin əmək haqları barədə isə heç bir bilgilərə rast gəlinmir.

10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, qurumun regional şöbələrində rəhbər işçilərin vətəndaşları qəbul vaxtı ayrı-ayrılıqda göstərilmişdir. Həmçinin, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də saytda əks etdirilir.

11. Qurum tərəfindən tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar saytda öz əksini tapmır. Digər bilgilər –  tender və yarışmaların nəticələri, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir.

12. Qurumun norma  norma- (qanun) yaratma fəaliyyəti haqqında kifayət qədər məlumatlar öz əksini tapmışdır.

13. Saytın texniki imkanları sırasında abunənin və quruma gəlmək üçün nəqliyyat marşrutunun təqdim olunmaması da diqqətdən yayınmır.  Qurumun sosial şəbəkələrdə səhifəsi aktiv sayıla bilər.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV