Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti www.fuzuli-ih.gov.az domen adlı İnternet saytında məlumat baxımından çox çatışmazlıqlar var. Bu çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Tövsiyyə olunur ki, saytda rayon haqqında, qurumun özü haqqında, quruma daha öncə başçılıq etmiş şəxslər haqqında, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri haqda bilgilər saytda əks etdirilsin.
2. Ziyarətçilərin əks əlaqəsi üçün rəhbər işçilərin qəbul günləri, qəbul saatları, onlarla əlaqə nömrələri, qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
3. İcra Hakimiyyətinin strukturu haqqında sxem və müavinlərin adları qeyd olunsa da, onların haqqında məlumatlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatların təqdim edilməsi də tövsiyə olunur.
4. Qurumun rəhbəri haqda bioqrafik məlumatın verilməsi vacib sayılan informasiyalardan olduğu üçün o bölmənin işlənməsi tövsiyyə olunur. Eyni zamanda rəhbər işçilər və onlarla əks əlaqələr baxımından, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilməsi, qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında da bilgilərin təqdim edilməsi yaxşı olardı.
5. Cari informasiyaların daha da intensiv yenilənməsi, qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin isə təqdim edilməsi tövsiyələr sırasındadır.
6. Büdcə ilə bağlı bilgilərin də saytda yer alması tövsiyə olunur.
7. Daha bir tövsiyə qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında bilgilərin əks etdirilməsi ilə bağlıdır.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) bilgilərin də saytda öz əksini tapması tövsiyə olunur.
9. Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi tövsiyə olunur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
11. Növbəti tövsiyə tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi ilə balıdır.
12. Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyə olunur.