Azərbaycan Respublikasının Bakı Metropoliteni QSC-nin www.metro.gov.az. ünvanlı İnternet saytı yenilənmə ərəfəsindədir. Odur ki, saytı hələ tam hazır hesab etmirik. Yəqin ki, tam hazır olandan sonra saytdan yetərli və dolğun bilgilər əldə edə biləcəyik. Saytda bu sahəyə aid xidmət haqqında bilgilər müəyyən qədər yer alıb. Saytın istifadəsi rahatdır. Qurumun tarixi, rəhbərlik haqqında qısa məlumatlar olsa da, ünvan göstərilməyib, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri yoxdur. Qurumun ünvanına gəlmək üçün ictimai nəqliyyat haqqında heç bir bilgi verilmir. Dövlət qurumunun strukturunun ümumi sxemi göstərilir, lakin alt bəlmələri haqda heç bir bilgi göstərilmir. Qurumun struktur bölmələrinin dəqiq ünvanları, rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar təqdim edilmir. Əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, həmçinin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər göstərilmir. Qurumla əks-əlaqə üçün ümumi imkan var. Mətbuat üçün açıqlamalar və onların tezliyi intensivdir. Qurumdaxili əmrlər və qərarlar, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı yetərli məlumatlar mövcuddur. Qurumun büdcəsi və onun icrası, büdcədənkənar daxilolmalar haqda heç bir bilgi saytda əks olunur. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, xidmətlərdən istifadə qaydaları, elektron xidmətlər, onlayn müraciət imkanı və qaynar xətt təqdim olunur. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, boş iş yerləri haqqında elanlara rast gəlinir. Rəhbər işçilərin tarif stavkası gözə dəymir. Vətəndaşların qəbul günləri göstərilsə də, tender və yarışmaların elanları, keçirilmə qaydaları, nəticələri yoxdur. Dövlət qurumunun norma yaratma fəaliyyəti var. Bütün mümkün normativ aktların layihələri göstərilir. Qurumun internet resursu yaxşı dəyərləndirlir. Domen və istifadə rahatlığı mövcuddur. Saytın axtarış sistemi yoxdur. Sosial şəbəkələrdə səhifələri mövcuddur. Ümumilikdə sayt yarımçıq təsir bağışlayır. Yəqin ki, bəzi bölmələr üzrə heç bir bilginin olmaması saytın yenidən qurulmasına görədir. Ümid edirik ki, yeni yaranacaq sayt əvvəlki illərdə olduğundan da dolğun olacaq. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun sabiq rəhbərləri haqda bilgi yoxdur, indiki rəhbərliyi və kollegiya haqda qısa bilgi verilir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları təqdim edilmir. Həmçinin, qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar da öz əksini tapmır.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim olunur. Digər bilgilər (aparat, struktur bölmələrinin dəqiq ünvanları, struktur bölmələri ilə əlaqə saxlamaq üçün imkanlar) da təqdim edilmir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilmir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları də təqdim edilməyən məlumatlar sırasındadır.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya yetərli səviyyədədir. Bundan başqa, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də müəyyən qədər bilgi göstərilir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumat yer tutur. Lakin büdcədənkənar daxilolmalar haqda heç bir məlumat yoxdur.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər ətraflı təqdim edilib.
9. Sahə işçilərinin əmək haqları barədə isə heç bir bilgi təqdim edilmir.
10. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə onu demək mümkündür ki, burada yalnız sədrin müavini tərəfindən aparılan qəbul barədə söz açılır. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları göstərilmir.
11. Daha bir əks etdirilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi saytda öz əksini tapmır.
12. Qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapmışdır.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Domen və istifadə rahatlığı var. Sosial şəbəkələrdə səhifələrinin olması yaxşı hal sayılır, lakin abunə imkanı mövcud deyildir. Axtarış sistemi yoxdur.