Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi www.tender.gov.az ünvanlı İnternet saytı yetərli və dolğun bilgi təqdim edir. Saytda bu sahəyə aid xidmət haqqında kifayət qədər bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Burada sahə ilə bağlı bütün məlumatlara rast gəlmək mümkündür. Qurumun tarixi, ünvanı, rəhbərlik və kollegiya haqqında məlumatlar, qurumun ünvanı,həm ümumi xarakterli, həm də ayrı-ayrı struktur bölmələrin rəhbərləri ilə əlaqə imkanları, mümkün olan e-poçt ünvanları, dövlət qurumunun strukturunun ümumi sxemi, alt bölmələri və regional bölmələri haqda məlumatlar verilir. Əsas rəhbərin və onun müavinləri haqda bioqrafik bilgilərə rast gəlinmir. Mətbuat üçün açıqlamalara da rast gəlinmir. Vətəndaşların qəbul günləri, dövlət qulluqçusunun etik davranışı, onlayn və telefon, faks əlaqələrinin, abunə imkanının, qaynar xəttin olması baxımından qurumun internet resursunu normal dəyərləndiririk. Amma saytda bəzi bölmələr boşdur ki, həmin bölmələrə də məlumatlar qoyulsa, saytı tam dolğun hesab etmək olar. Bu da dövlət qurumunun ünvanının marşrut və sxeminin olmaması, ictimai nəqliyyat vasitələri haqda bilgilərin təqdim olunmaması, qurumun sosial şəbəkələrdə səhifələrinin mövcud olmaması, sahə işçilərinin əmək haqları barədə, büdcə və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya ilə bağlıdır.
Beləliklə, saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:
1. Qurumun tarixi, dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza – əsasnamə və təlimatlar baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərliyi və kollegiya haqda məlumatlar mövcuddur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları təqdim edilir. Lakin qurumun ünvanının marşrut və sxemi haqqında bilgi yoxdur. Həmçinin, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də məlumatlar öz əksini tapmır.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim edilmişdir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə mövcud olsa da, əsas rəhbərin bioqrafiyası təqdim edilmir. Qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də göstərilməyən bilgilər sırasındadır. Lakin ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları də təqdim edilir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalara rast gəlinmir. Quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Bundan başqa, qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgi göstərilir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumata rast gəlinmir. Büdcədənkənar daxilolmalarla bağlı da eyni sözləri demək olar.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi əks etdirilir. Qaynar xətt var, lakin saytın ön hissəsində görünən yerdə deyil.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilən bilgilər sırasındadır.
9. Sahə işçilərinin əmək haqları barədə isə heç bir bilgi təqdim edilmir.
10. Vəzifəli şəxslər tərəfindən vətəndaşların dövlət qurumuna qəbul şərtləri və qəbul günləri (saatları) barədə də ümumi məlumatlar mövcuddur. Dövlət qulluqçusunun etik davranış qaydaları haqda bilgi təqdim edilir.
11. Daha bir əks etdirilən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi saytda öz əksini tapmışdır. Yeganə təqdim edilməyən bilgi tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır.
12. Qurumunun cari norma- (qanun) yaratma fəaliyyəti barədə, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapmışdır.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Domen və istifadə rahatlığı var. Qurumun sosial şəbəkələrdə səhifəsi yoxdur. Abunə imkanı və əks-əlaqə üçün onlayn formaları var, axtarış sistemi işləyir.