Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti www.goychay-ih.gov.az ünvanlı İnternet resursunun görünüşü digər icra orqanlarının saytları kimi normaldır. Saytın istifadəsi də rahatdır. Saytda ziyarətçilərin hər hansı bir məlumatı əldə etmək üçün çox da əziyyət çəkməyəcəykləri ilk baxışdan hiss olunur. Amma saytın bəzi bölmələrindəki informasiyaları qənaətbəxş hesab etmək olmaz. Xəbərlər bölməsini nisbətən normaldır, informasiyaların daim olmasa da, ara-sıra yenilənməsi diqqət çəkir. Bəzi bölmələr üzrə bilgilərin çox az olması gözdən qaçmır.
Beləliklə, Göyçay Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı haqqındakı bilgilər kifayət qədərdir. Saytdakı qurumun rəhbəri haqqında verilmiş məlumatları da dolğun hesab etmək olar. Amma qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə saytda məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin adları, telefon nömrələri (sabit telefon), vətəndaşların qəbul saatları saytda öz əksini tapıb. Amma quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Saytda qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar, onlarla əlaqə nəmrələri (sabit telefon) var. Şura bölməsindəki bilgiləri də qənaətbəxş hesab etmək olar. Lakin struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar isə saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri haqqında saytda bioqrafik informasiya mövcuddur. Struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilir. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər isə yoxdur.
5. Cari informasiyalar baxımından sayt nisbətən zəngin sayıla bilməz. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Saytda qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri, subsidiya alanlar haqda informasiyalara da rast gəlmək olmur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri, vəzifəli şəxslərin əlaqə nömrələri (sabit telefon), qəbul saatları barədə bilgilər var. Amma onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.