Azərbaycan Respublikası Xızı Rayon İcra Hakimiyyəti www.khizi-ih.gov.az İnternet resursu qismən bilgilər təqdim edir. Rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyatı haqda verilən bilgilər yetərli deyil. Qurumun ünvanı göstərilsə də, ünvana gəlmək üçün marşrut və sxemi, ictimai nəqliyyat növü göstərilməyib. Qurumun rəhbəri haqda məlumata rast gəlinsə də, aparat, rəhbərin müavinlərinin və digər rəhbər işçilərin bioqrafik bilgiləri təqdim edilmir. Ümumilikdə yaxşı təsir bağışlasa da, saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Məsələn, qurumun rəhbəri haqda bioqrafik məlumat verilsə də, onun müavinləri, aparat, şura və struktur rəhbərləri haqda məlmatlar yoxdur. Quruma gəlmək üçün marşrut sxemi, ictimai nəqliyyat növü, qurumun büdcəsi, işçilərin əmək haqları, etik davranış qaydaları, tender elanları, axtarış sistemi, işə qəbul qaydaları, işə qəbul haqqında elanlar, qurumdaxili əmrlər, şöbələrin rəhbərləri haqqında heç bir məlumat təqdim edilmir.
Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Rayonun təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı haqqındakı bilgiləri kifayət qədər hesab etmək olar, amma tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyatı haqda verilən bilgilər yetərli deyil. Qurum özü, qurumun rəhbəri haqqında verilmiş məlumatlar da qənaətbəxş hesab oluna bilməz. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də saytda məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilsə də, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri saytda öz əksini tapmayıb. Sadəcə qəbul günləri və qəbul saatları göstərilir ki, bu məlumat da 2012-ci ilə aiddir. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Saytda qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar var, amma onlarla əlaqə kimi yalnız sabit telefon nömrələri göstərilir. Şura bölməsindəki informasiya da yetərli deyil. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri, struktur bölmələrinin rəhbərləri haqqında da informasiya çox azdır. Onlarla əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilir. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də yoxdur.
5. Cari informasiyalar baxımından sayt elə də zəngin sayıla bilməz. Monitorinq apardığımız zaman saytdakı sonuncu informasiya iyunun 17-nə aiddir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Saytda qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri, subsidiya alanlar haqda informasiyalara da rast gəlmək olmur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və qəbul saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri, nə onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları internet resurslarının mövcud qaydalarına uyğun hesab edilə bilər. Lakin saytda abunə, axtarış imkanları gözə dəymir.