Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Neftçala Rayon İcra Hakimiyyəti www.neftchala-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Neftçala Rayon İcra Hakimiyyəti www.neftchala-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Neftçala Rayon İcra Hakimiyyəti  www.neftchala-ih.gov.az ünvanlı İnternet resursunun görünüşü normal, saytın istifadəsi də rahatdır. Saytda ziyarətçilərin lazımlı məlumatı əldə edə biləcəkləri ilk baxışdan hiss olunur. Rayonun tarixi, mədəniyyəti, səhiyyəsi, idmanı barədə məlumatları dolğun hesab etmək olar. Saytda “Milli Qəhrəmanlar” bölməsi var ki, burada rayonun Qarabağ döyüşlərində Milli Qəhrəman adı almiş döyüşçüləri haqda məlumat almaq olar. “Gündoğar qəzeti” bölməsində rayonun mətbuat orqanının 2014 və 2015-ci il nömrələri PDF formada yerləşdirilib. Saytın xəbərlər bölməsini də müsbət qiymətləndirmək olar, informasiyaların yenilənməsi diqqəti çəkir.

 Amma saytın əhali bölməsindəki informasiyanı qənaətbəxş hesab etmək olmaz. İqtisadiyyar və elektron xidmətlər bölmələrinin ümumiyyətlə boş olması da gözdən qaçmır. Sayt sosial şəbəkələrə açiq deyil.

Beləliklə, Neftçala Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi belədir:

1.  Rayonun tarixi, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı haqqındakı bilgiləri qənaətbəxş hesab etmək olar. Amma rayonun əhalisi haqda məlumat az, iqtisadiyyat və elektron xidmətlər bölmələri isə boşdur. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə də, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də saytda məlumat verilmir.

2.  Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin adları, qəbul günləri və saatları göstərilir. Rəhbər işçilərin telefon nömrələri isə saytda yoxdur. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da saytda rast gəlinmir.

3.  Saytda qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar var. Amma onlarla əlaqə nömrələri (sabit telefon, bəzilərinin isə mobil nömrələri) göstərilmir. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında məlumatlar isə saytda öz əksini tapmır.

4.  Qurumun rəhbəri haqqında saytda bioqrafik informasiya mövcuddur. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər isə yoxdur. Struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilmir.

5.  Cari informasiyalar baxımından sayt nisbətən zəngin sayıla bilər. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.

6.   Saytda qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri haqda məlumat olmasa da, subsidiya alanlar haqda informasiyalara rast gəlmək olmur.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında da heç bir bilgi yoxdur. Onlayn müraciət imkanı da təqdim edilmir.

8.   Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.   Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.  Vətəndaşların qəbulu ilə bağlı rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər var. Lakin həmin vəzifəli şəxslərin özləri ilə birbaşa əlaqə nömrələri yoxdur. Onlar  tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərə də saytda rast gəlmək olmur.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV