Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti www.masalli-ih.gov.az ünvanlı İnternet resursunun görünüşü digər icra orqanlarının saytları kimi normaldır. Saytın istifadəsi də rahatdır. Saytda ziyarətçilərin hər hansı bir məlumatı əldə etmək üçün çox da əziyyət çəkməyəcəkləri ilk baxışdan hiss olunur. Rayonun tarixi, əhalisi, iqtisadiyyatı, mədəniyyəti, səhiyyəsi, idmanı barədə məlumatları dolğun hesab etmək olar. Saytda “Sənədlər” bölməsi var ki, burada məktublar, teleqramlar, bəyanatlar haqda məlumat almaq olar. “Masallı ölkə mətbuatında” bölməsində qafqazinfo.az, azadinform.az, day.az və s. kimi internet portallarında rayon haqqında olan yazılar yerləşdirilib. Saytın xəbərlər bölməsini də müsbət qiymətləndirmək olar, informasiyaların yenilənməsi diqqəti çəkir.
Amma saytın bəzi bölmələrindəki informasiyaları qənaətbəxş hesab etmək olmaz. Rayonun coğrafi mövqeyi, şura, bələdiyyələr bölmələrində informasiyaların çox az olması, elektron xidmətlər, elektron müraciətlər bölmələrinin ümumiyyətlə boş olması da gözdən qaçmır. Sayt sosial şəbəkələrə açiq deyil.
Beləliklə, Masallı Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayonun tarixi, əhalisi, iqtisadiyyatı, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı haqqındakı bilgiləri qənaətbəxş hesab etmək olar. Ammaq qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə də, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də saytda məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin adları, qəbul günləri və saatları göstərilir. Rəhbər işçilərin telefon nömrələrinin (sabit telefon, bəzilərinin isə mobil nömrələri), baəqa bölmədə göstərilməsi onlar arasında çaşqınlıq yarada bilər. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da saytda rast gəlinmir.
3. Saytda qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar, onlarla əlaqə nömrələri (sabit telefon, bəzilərinin isə mobil nömrələri) var. Şura bölməsindəki bilgiləri isə çox azdır. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar isə saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri haqqında saytda bioqrafik informasiya mövcuddur. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər isə yoxdur. Struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilmir.
5. Cari informasiyalar baxımından sayt nisbətən zəngin sayıla bilər. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Saytda qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri haqda məlumat olmasa da, subsidiya alanlar haqda informasiyalara rast gəlmək olur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Onlayn müraciət imkanı da təqdim edilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər var. Lakin həmin vəzifəli şəxslərin özləri ilə birbaşa əlaqə nömrələri yoxdur. Onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərə də saytda rast gəlmək olmur.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.