Saytda axtarış qutusu, onlayn sual forması, əks-əlaqə və arxiv mövcuddur. Demək olar ki, nazirliyin bütün idarə və şöbələrinin telefon nömrələri və e-poçt ünvanları saytda yer alıb. Bundan başqa nazirliyin ümumi telefon nömrəsi, e-poçt da daxil olmaqla ünvanı verilib. Üstəlik bu sayt vasitəsilə xəbərlərə abunə yazılmaq imkanı da var.
Üst menyu:
• Tabeçilikdə olan müəssisələr: Dövlət Əyar Palatası, Maliyyə-Elm Tədris Mərkəzi, Məlumat Hesablama Mərkəzi
• Normativ aktlar: sadəcə bir qərar
• Maliyyə uçot jurnalı: «Maliyyə uçot jurnalı» haqqında qısa bilgi
Orta menyu:
• Ümumi bilgi: əsasnamə, tarix, rəhbərlik (nazir və müavinləri haqqında qısa bilgi), struktur (şöbələrin adları və rəhbərləri), kollegiya, yerli maliyyə orqanları
• Dövlət büdcəsi: 2005 və 2006-cı illər üzrə dövlət büdcəsi haqqında qanun, prezident fərmanı və büdcə sistemi haqqında qanun
• Dövlət istiqrazları: dövlət qısa müddətli istiqraz vərəqələrinin yerləşdirilməsi, buraxılması və ödənişi üzrə məlumat cədvəli, sxem
• Dövlət sığorta nəzarəti: sığorta təşkilatları, sığorta haqları
• Xarici dövlət borcu: Azərbaycana xaricdən cəlb edilən kreditlər və onun strukturu barədə 1 yanvar 2006-cı il tarixinə olan vəziyyət
• Mühasibat uçotu: metodiki göstərişlər
Əks-əlaqə imkanlarının olması məlumat almağı asanlaşdırsa da saytı tam saymaq olmaz. Məsələn, burada maliyyə nazirliyinin yerli qurumlarının heç birinin adına rast gəlmək olmur.