Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti www.qubadli-ih.gov.az İnternet resursunun görünüşü normal, istifadəsi rahatdır. Ziyarətçilərin hər hansı bir məlumatı əldə etmək üçün əziyyət çəkməyəcəyinə təminat verə bilərik. Çünki saytın əhali bölməsi istisna olmaqla, bütün bəlmələrində informasiyaları qənaətbəxş, yararlı hesab etmək olar. Rayonun tarixi bölməsində bu günə qədər rast gəlmədiyimiz informasiyanı gördük. Burada rayonun yaranışından bəri ona rəhbərlik etmiş şəxslər haqqında biblioqrafik məlumatlr var. Xəbərlər bölməsini qənaətbəxş hesab etmək olmaz, informasiyaların ara-sıra yenilənməsi diqqət çəkir.
Beləliklə, Qubadlı Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayonun tarixi, coğrafi mövqeyi, iqtisadiyyatı, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı haqqındakı bilgilər kifayət qədərdir qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatlar da qənaətbəxşdir Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumatlar o qədər ətraflıdır ki, bu bölməyə irad tuta bilmərik. Amma qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə saytda məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilsə də, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin nə telefon nömrələri, nə də vətəndaşların qəbul saatları saytda öz əksini tapmayıb. Sadəcə qəbul günləri göstərilir. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Saytda qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar var, amma onlarla əlaqə nəmrələri yoxdur. Şura bölməsindəki bilgilər demək olar ki, yox səviyyəsindədir. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri, struktur bölmələrinin rəhbərləri haqqında informasiya mövcuddur. Onlarla əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilir. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də var.
5. Cari informasiyalar baxımından sayt elə də zəngin sayıla bilməz. Monitorinq apardığımız zaman saytdakı sonuncu informasiya iyunun 1-ə aiddir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Saytda qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri, subsidiya alanlar haqda informasiyalara da rast gəlmək olmur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri, nə qəbul saatları, nə onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.