Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin www.mincom.gov.az ünvanlı İnternet saytı dolğunluğu və daxili məlumatların bolluğu, həmçinin videosüjetlərin dolğunluğu ilə diqqəti cəlb edir. Nazirliyin tarixi haqda hazırlanmış məlumatlarda nəinki qurumun tarixi, həmçinin Azərbyacan rabitəsinin inkişaf yolu haqda ətraflı məlumat verilir. Saytda qurumun rəhbərləri və kollegiya, dövlət qurumunun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar haqda bilgilər göstərilib. Qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri saytda göstərilir. Bütün mümkün e-poçt ünvanları da təqdim edilir.
Nazirliyin strukturunun ümumi sxemi, aparat, qurumun alt bölmələri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə vasitələri, struktur bölmələrinin səlahiyyət çərçivələri haqda ətraflı məlumat təqdim edilir. Əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, bütün mümkün struktur rəhbərlərin bioqrafiyaları, dövlət qurumunun rəhbəri ilə əks-əlaqə imkanları, qurumla ümumi əks-əlaqə imkanı saytda yer alıb. Nazirliyin mətbuat üçün açıqlamaları və onların tezliyi yaxşı səviyyədədir. Dövlət qurumuna aid olan informasiya, qurumdaxili əmrlər və qərarlar, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı yetərli məlumatlar təqdim edilib. Saytda dövlət qurumunun təklif etdiyi mütləq xidmətlər, elektron formada təklif edilən xidmətlər, xidmətlərdən istifadə qaydası, onlayn müraciət forması, qaynar xətt də yer alıb. Boş vakant iş yerləri haqda məlumatlar, işə qəbulla bağlı komissiyalar, işə qəbul qaydaları, vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul günləri, qəbul qaydaları, dövlət qulluqçusunun etik davranış qaydaları, tender və yarışmaların elanları, tender və yarışmaların keçirilmə qaydaları haqqında bilgilər təqdim edilir. Dövlət qurumunun cari norma yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri haqda da məlumatlar verilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytının domen və istifadə rahatlığı var, axtarış sistemi işləyir. Sosial şəbəkələrdə aktiv səhifələri mövcuddur.
Buna baxmayaraq, bəzi sahələr barəsində bilgiyə rast gəlinmir. Barəsində məlumat verilməyən sahələr isə bunlardır: quruma getmək üçün ictimai nəqliyyat, büdcə, sahə işçilərinin əmək haqqı barədə məlumat. Həmçinin, regional şöbələr haqda ətraflı məlumatın verilməsi gərəklidir.
Beləliklə, saytda nələri görürük:
1. Qurumun tarixi, rəhbərləri və kollegiya haqqında təqdim edilmiş məlumatlar yaxşıdır. Qurumun tarixi ilə bağlı videosüjetlərin hazırlanması isə saytı zənginləşdirən cəhətlərdəndir. Dövlət qurumunun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar haqda bilgilər göstərilib.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Qurumun marşrut sxemi də təqdim edilib. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturunun ümumi sxemi və aparat haqqında bilgilər təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri, strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da məlumarlar var .
4. Qurumun əsas rəhbərinin və müavinlərinin bioqrafiyası, bütün mümkün sturktur rəhbərlərinin bioqrafiyalası təqdim edilmişdir. Dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları da göstərilib. Həmçinin, struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları da mövcuddur. Həmçinin, ümumi əlaqə imkanı da var.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Həmçinin, mətbuat üçün açıqlamalar və onların tezliyi də diqqətçəkəndir. Qurumdaxili əmrlər və qərarlar, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı məlumat yetərli səviyyədədir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında məlumatlar göstərilmir. Həmçinin büdcədənkənar daxilolmalar haqda da heç bir məlumata rast gəlinmir.
7. Nazirliyin təklif etməli olduğu mütləq xidmətlər, xidmətlərdən istifadə qaydaları, elektron xidmətlər, onlayn müraciət imkan və qaynar xətt haqqında bilgilər öz əksini tapmışdır.
8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də saytda bilgiyə rast gəlinir. Həmçinin işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilir.
9. Sahə işçilərinin əmək haqları barədə isə heç bir bilgilərə rast gəlinmir.
10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları təqdim olunsa da, qurumun regional şöbələrinin ünvanları, əlaqə vasitələri, rəhbər işçiləri haqda məlumatlar və vətəndaşların qəbul vaxtı göstərilməmişdir. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər saytda əks etdirilir.
11. Qurum tərəfindən tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar və tender və yarışmaların nəticələri öz əksini tapır. Tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə isə heç bir məlumat təqdim edilmir.
12. Qurumun norma (qanun) yaratma fəaliyyəti haqqında kifayət qədər məlumatlar öz əksini tapmışdır. Bütün mümkün normativ aktların layihələri təqdim edilən bilgilərdəndir.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirlir. Domen və istifadə rahatlığı var. Sayt internet qaydalarına uyğundur. Saytin axtarış siustemi işləkdir. Abunə imkanı və sosial şəbəkələrdə aktiv səhifəsi mövcuddur.