Azərbaycan Respublikası Təhsil Nazirliyinin www.edu.gov.az ünvanlı İnternet saytında qurumun tarixi, rəhbərləri haqda məlumatlar və kollegiya haqda bilgi verilir. Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza- əsasnamə və təlimatlar haqda da məlumat vardır. Ziyarətçilərin qurumla əlaqə saxlaması üçün imkanlar göstərilir. Dövlət qurumunun yerləşdiyi ünvan, ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri mövcuddur. Saytın alt qurum və strukturlarının da ayrıca saytları mövcuddur və qurumun saytından bu saytlara asanlıqla keçmək mümkündür. Qurumun saytında respublikadakı ali və otra ixtisas təhsil müəssisələri haqda ətraflı bilgilər təqdim edilir. Qurumun strukturunun ümumi sxemi hazırlıq ərəfəsindədir. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar təqdim edilib. Qurumdaxili əmrlər və qərarlar, mətbuat üçün açıqlamalar və onların tezliyi saytda əks olunur. Qurumun qaynar xətti, məlumat mərkəzi, elektron xidmərlər, xidmətlərdən istifadə qaydaları, işə qəbul qaydaları və boş iş yerlərinin elanları haqda məlumatlar təqdim edilir. Vətəndaşların qəbul günləri üçün ayrıca elektron xidmətlər və qəbul mərkəzi fəaliyyət göstərir. Qurumun büdcəsi haqqında məlumatlar verilib. Tender və yarışmaların elanları, tender və yarışmaların keçirilmə qaydaları, elanların arxivi, dövlət qurumunun norma yaratma fəaliyyəti, bütün normativ aktların layihələri, qurumun saytının internet qaydalarına uyğunluğu, domen və istifadə rahatlığı var. Saytın axtarış sistemi işləyir. Sosial şəbəkələrdən bir neçəsində aktiv səhifəsi mövcuddur. Lakin saytda bəzi çatışmayan bilgilər də var ki, onlar da əlavə olunarsa, heç bir əlavə tövsiyəyə gərək qalmaz. Məsələn, saytda quruma gəlmək üçün ictimai nəqliyyat, sahə işçilərinin əmək haqqı, abunə imkanı kimi çatışmayan sahələr mövcuddur.
Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
- Qurumun tarixi, rəhbərləri haqda mılumatlar və kollegiya haqqında məlumatlar təqdim edilir. Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza- əsasnamə və təlimatlar haqda da məlumat vardır. Bu üzdən əlavə tövsiyə verilmir.
- Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Qurumun marşrut sxemi və təqdim edilir, yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır. Yaxşı olardı ki, ictimai nəqliyyat haqqında bilgi də verilsin.
- Qurumun strukturunun ümumi sxemi təqdim olinmur. Səhifə hazırlıq ərəfəsindədir. Qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında isə ətraflı məlumat təqdim edilir. Burada əlavə tövsiyə verilmir.
- Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları (onlayn formanın olmamasını nəzərə almasaq) təqdim edilir. Həmçinin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və onlarla əks-əlaqə vasitələri də mövcuddur. Dövlət qurumu ilə əks-əlaqə üçün ümumi imkan da təqdim edilir. Bu sahədə əlavə tövsiyəyə gərək yoxdur.
- Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların tezliyi, qurumdaxili əmrlər və qərarlar, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar təqdim edilir. Bu üzdən də əlavə heç bir tövsiyə olunmur.
- Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda əks etdirilir. Büdcədənkənar daxilolmalar haqda isə heç bir məlumata rast gəlinmir. Yaxşı olardı ki, burada boş sahə dolğunlaşdırılsın.
- Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Bundan başqa məlumat mərkəzi də fəaliyyət göstərir. Bütün bilgilər dolğun təqdim edildiyi üçün əlavə tövsiyə verilmir.
- Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər saytda əks olunur. Buna görə əlavə tövsiyəyə gərək duyulmur.
- Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar. Bu barədə bilgilərin verilməsi də tövsiyələr sırasındadır.
- Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul qaydaları və şərtləri, həmçinin qəbul günləri (saatları) barədə ümumi bigi ətraflı məlumatlar təqdim olunmuşdur. Qəbula yazılmaq üçün elektron müraciət də təqdim edilir. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir. Burada da əlavə tövsiyəyə ehtiyac yoxdur.
- Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar Tender və yarışmaların nəticələri, elanların arxivi təqdim edilir. Burada göstərilməyən bilgi yalnız tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədədir. Burada da əlavə tövsiyəyə ehtiyac duyulmur.
- Növbəti təqdim edilən bilgilər isə qurumun cari norma- (qanun) yaratma fəaliyyəti haqqındadır. Bütün mümkün normativ aktların layihələri təqdim edilir. Həmçinin, dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəri ilə bağlı arxiv də saytda əks olunur. Bu sahədə də heç bir əlavə tövsiyə verilmir.
- Saytın texniki imkanları çox yaxşı dəyərləndirlir. Domen rahatlığı və istifadə rahatlığı var. Saytın axtarış sistemi işləkdir. Lakin abunə imkanı yoxdur. Əks əlaqə üçün onlayn forması və sosial şəbəkələrdə aktiv səhifəsinin olması qurumun vətəndaş cəmiyyətinə açıqlığının göstəricidir. Yaxşı olardı ki, sayta abunə imkanı da yaradılsın.