Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Siyəzən Rayon İcra Hakimiyyəti www.siyezen-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Siyəzən Rayon İcra Hakimiyyəti www.siyezen-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Siyəzən Rayon İcra Hakimiyyəti  www.siyezen-ih.gov.az İnternet resursunu geniş informasiyalı, dolğun məlumatlı saytlar sırasına aid etmək olar. Rayonun tarixi, əhalisi, iqtisadiyyatı haqqında yetərli bilgi təqdim edilir.  Saytda yeniliklər də çoxdur. Gənclər siyasəti bölməsi rayon gənclərinin həm elmdə, həm təhsildə, həm idmanda, həm də mədəniyyət sahəsində əldə etdikləri nailiyyətləri haqqında məlumatlarla zəngindir. Ayrıca sərəncamlar bölməsində bu il rayonda və rayon haqqında verilən sərəncamlara ayrı-ayrı keçidlər var. Rayonun “Çıraq” qəzetinin 2014-2015-ci il aylıq nömrələri də PDF formatında yerləşdirilib. Saytda subsidiyalar bölməsi də var, amma bölmədəki məlumat 2014-cü ilə aiddir. Elanlar bölməsində rayonda keçiriləcək tədbirlər, yarmarkalar, elan olunmuş tenderlər haqqında məlumatlar var.

Amma elə bölmələr var ki, onları dolğun hesab etmək olmaz. Rayonun coğrafi mövqeyi haqqındakı məlumat azdır. Təhsil, mədəniyyət, səhiyyə, elektron xidmətlər bölmələri isə boşdur. İqtisadiyyat bölməsindəki məlumatlar 2013-cü ilə aiddir.

Saytın görünüşü normal, istifadəsi isə rahatdır. Xəbərlər bölməsini nisbətən qənaətbəxş hesab etmək olar, informasiyaların ara-sıra yenilənməsi diqqətdən qaçmır. Sayt sosial şəbəkələrə çıxışı yoxdur.

Beləliklə, Siyəzən Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:

1.  Rayonun haqqinda bilgiləri təhsil, səhiyyə, mədəniyyət bölmələrini çıxmaq şərtilə dolğun hesab etmək olar. Qurumun rəhbəri, onun müavinləri haqqında verilmiş  məlumatlar qənaətbəxşdir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə məlumat verilmir.

2.  Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilsə də, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri ayrı-ayrı bölmələrdə olması ziyarətçiləri çaşdıra bilər. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.

3.  Qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar, onlarla əlaqə nəmrələri saytda var. Amma struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.

4.  Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilər təqdim edilir. Amma bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərə rast gəlinmir.

5.  Cari informasiyalar baxımından saytı qismən qənaətbəxş hesab etmək olar. Verilən informasiyalar arasındakı vaxt intervalı çoxdur. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.

6.   Qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri barədə informasiyalara saytda rast gəlmək olmur. Amma subsidiya alanlar haqda məlumatlar saytda var.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.

8.   Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.   Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.  Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, vəzifəli şəxslərin əlaqə nömrələri barədə bilgilər var. Amma burada onlar  tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.

11.  Tender və yarışmalar haqqında saytda bilgilərə rast gəlinir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV